Axtarış
The search found 105844 results in 0.104 seconds.
Search results
Yeni Ombudsman kimdir? - DOSYE
Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Səbinə Əliyeva 1980-ci ildə anadan olub. O, 3-cü dərəcəli dövlət müşaviridir. İxtisasca hüquqşünas olan S.Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Muxalifet - 29-11-2019
“Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur
Gənclərin uğurlu karyera qurmalarına hər zaman dəstək olan “Nar” növbəti dəfə karyera sərgisində iştirak edib. Mobil operator Azərbaycan Texniki Universiteti (AZTU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkil etdiyi növbəti karyera sərgisində yer alıb. Tələbə və məzunların əmək bazarına çıxışını dəstəkləyərək mobil operator Əlavə Dəyər Xidmətləri (ƏDX), məhsulların idarə olunması, analitika və hesabatlar üzrə aparıcı mütəxəssis və illüstrasiya və qrafik üzrə dizayner vəzifələrinə sənəd qəbulu təşkil edib.
Muxalifet4 - 29-11-2019
Batumidə "Bidzina, get!" şüarı ilə etiraz aksiyası keçirilib
“Bidzina, get”-şüarı ilə Gürcüstanın Acariya bölgəsində mitinq gedir. Etiraz edənlər Bidzina İvanişvilinin son müsahibəsi səbəbi ilə aksiya keçirirlər. Muxalifet.az bu barədə "Rustavi 2"-yə istinadla xəbər verir. Onlar İvanişvilinin evinin qarşısında sandıq qoyublar və hökuməti ölkəni tərk etməyə çağırırlar. Etiraz edənlər bildirirlər ki, Bidzina İvanişvilinin müsahibəsindən onun gürcü xalqına münasibətinin yolverilməz olduğu aydın olur. Acariya hökumətinin iclası etirazçıların qışıqrıqları və səs-küy müşayiəti ilə keçib. Muxalifet.az
Muxalifet3 - 29-11-2019
Yeni icra başçısı bacısı oğluna yüksək vəzifə verdi
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub. Suraxanı RİH-in başçısı Əziz Əzizovun müvafiq əmri ilə başçının köməkçisi vəzifəsinə Ağayev Murad Əsgər oğlu təyin edilib. Ə.Əzizovun digər əmri ilə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsinə Əliyev Eldəniz Əliqulu oğlu təyinat alıb. Bundan başqa, Ə.Əzizovun müvafiq əmrləri ilə RİH-in Hüquq şöbəsinin məsləhətçisi Mustafayev Namiq Məcid oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Qədimov Mikayıl Fərəməz oğlu vəzifələrindən azad ediliblər.
Muxalifet - 29-11-2019
İraqda toqquşmalar - Bir sutkaya 45 nəfər öldü
İraqda son sutka ərzində polislə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 45-ə yüksəlib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Əl Ərəbiyyə” televiziyası yayıb. Nəcəf şəhərində ölənlərin sayı 12 nəfər təşkil edib. Nəsiriyyə şəhərində ölənlərin sayı isə 25 nəfərə çatıb.
Qeyd edək ki, İraqda kütləvi iğtişaşların yeni dalğası dünən Nəcəf şəhərində İran Konsulluğunun yandırılmasından sonra start götürüb.
Muxalifet - 29-11-2019
"Bilə-bilə edirəm onu, mənə gündəm lazımdır" - Rəqsanənin qızı BOYNUNA ALDI - VİDEO
Rəqsanə İsmayılovanın qızı Aysun "Hər şey daxil"də maraqlı etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, gənc ifaçı sosial şəbəkə hesabından paylaşdığı rəqs videolarını gündəm olmaq məqsədi ilə etdiyini bildirib:
"Bir şey geyinirəm yazırlar, salonda rəqs edirəm yazırlar. Bilə-bilə edirəm onu. Edirəm ki, məndən yazsınlar. Mənə gündəm lazımdır".Muxalifet - 29-11-2019
Prokuror kriminal avtoritetə cəza istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham edilən, 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror Rafael Hüseynovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası dekabrın 6-da davam edəcək.
Muxalifet - 29-11-2019
Bakıda köşkə basqın edən maskalı şəxslər saxlanıldı - FOTO
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birinə basqın edilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, naməlum maskalı şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gələrək 800 manat və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər.
Muxalifet - 29-11-2019
"ƏN ZƏİF BƏND" YOLA SALINIR... – Parlamentin buraxılması siyasi islahatlara “qapı açdı”
Hazırkı ölkə parlamentinin Azərbaycanın siyasi hakimiyyət sistemində "ən zəif bənd" olduğu heç bir şübhə doğurmurdu. Bu Milli Məclis tərkibinin istər cəmiyyətin, istərsə də mətbuatın ən əsas tənqid obyektlərindən birinə çevrilməsi də təsadüfi deyildi. Və hakimiyyətin elan etdiyi son islahatlar dalğasının başlamasından, "köhnə qvardiyanın" əsas fiqurlarının yola salınmasından dərhal sonra hamının nəzərinin məhz Mili Məclisə tuşlanması da təbii idi.
Muxalifet - 29-11-2019
Dekabrın ilk ongünlüyü yağıntılı və küləkli keçəcək - AYLIQ PROQNOZ
Dekabr ayının hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Muxalifet - 29-11-2019
RUSİYA DİPLOMATI İRAQDAKI TOQQUŞMALAR HAQDA - “Nümayişçilərin tələbləri əsasən haqlıdır-korrupsiya, işsizlik...”
Rusiya İraqda davam etməkdə olan siyasi böhranı həll etmək üçün zərurət yaranarsa köməyini göstərməyə hazırdır. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə belə deyib. İraqda oktyabrın əvvəllərindən başlayaraq hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Hakimiyyət etirazçılara qarşı sistemli şəkildə gücdən istifadə edir, silah işlədir. Təkcə ötən sutka ərzində təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 45 nümayişçi öldürülüb, İranın Nəcəf şəhərindəki konsulluğu yandırılıb.
Muxalifet - 29-11-2019
"Tərkibdə ciddi dəyişiklik olacaq" - Siyavuş Novruzov
“Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti Konstitusiyaya tamamilə uyğundur”.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov müxalif qüvvələrin mövcud müraciətlə bağlı səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.
Muxalifet - 29-11-2019
"Anamın gözünü çıxardılar, ayağını kəsdilər"
Meyxanaçı Ağamirzə "Şou ATV" verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, ifaçı anasından bəhs edib. O bildirib ki, anasının gözləri görmürmüş:
"Əvvəl bir gözü görmədi, xəstəlik tapdı. Gözünü çıxardılar. O biri gözü görürdü. Sonra anam şəkər xəstəliyi tapdı. Başladı ikinci gözü də tutulmağa. Bir az keçdi, şəkər ayağına vurdu, kəsdilər. Nə bilim, Allahın məsləhəti".Muxalifet - 29-11-2019
Putinin təyyarəsi Bişkekə riskli eniş edib
Rusiya prezidenti Vladimir Putinin təyyarəsi ötən gün Qırğızıstanın paytaxtı Bişkek riskli eniş həyata keçirib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, KTMT sammitində iştirak etmək üçün Bişkekə səfər edən Putinin təyyarəsini olduqca əlverişsiz hava şəraiti səbəbindən Qazaxıstanı Alma-Ata şəhərinin aeroportuna yönləndirmək istəyiblər. Çünki Bişke aeroportunda qatı duman və yüksək rütubət müşahidə olunub, görmə məsafəsi cəmi bir neçə metr təşkil edib.Muxalifet - 29-11-2019
Paşinyanın arvadı Azərbaycanla sərhəddə uşaqlarla “şalako” getdi... - FOTOLAR
Oynayacaq da... Hüquqi torpaqlarımızın 20 faizi 30 il əllərində qala-qala erməniləri Bakıda irişə-irişə qarşılayırıq...
Muxalifet - 29-11-2019
"Sevilya" - "Qarabağ" oyununda erməni təxribatı - VİDEO
Dünən İspaniyada Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan "Sevilya" - "Qarabağ" oyunu zamanı ermənilər yenidən təxribata əl atıblar. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, oyun zamanı azərbaycanlı azarkeşlərin arxasında oturan bir qrup erməni Ermənistan bayrağını qaldırmağa cəhd edib. Azərbaycanlı azarkeşlərin etirazından sonra Ermənistan bayrağını aşağı salmağa məcbur olublar. Daha sonra polis təxribat törətmək istəyən erməni azarkeşləri stadiondan uzaqlaşdırıb.
Muxalifet - 29-11-2019
Yaşar Əliyev: “Qızım Obudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı”
“Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev qızı Səbinə Əliyevanın Ombudsman seçilməsinə münasibət bildirərkən deyib. Yaşar Əliyev çətin və məsuliyyətli işdə qızına uğur arzulayıb: “Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”.
Muxalifet - 29-11-2019
Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb
Ölkənin ən gənc mobil operatoru “Nar”, müştərilərini yüksək sürətli və keyfiyyətli internetlə təmin etmək məqsədilə baza stansiyalarının sayını artırmağa davam edir. Belə ki, şəbəkəni əhali üçün daha əlçatan etmək məqsədilə il ərzində 1050-dən artıq 4G, 210-dan artıq isə 3G baza stansiyası qurulub. Bununla da hazırda “Nar”ın LTE və LTE-A texnologiyalı baza stansiyalarının sayı 2750-ni, 3G baza stansiyalarının sayı isə 2815-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir.
Muxalifet4 - 29-11-2019
Qarakənddə öldürülən generalın bildiyi sirr nə idi? – ŞOK FAKTLAR
90-cı illərdə Azərbaycanla Ermənistan arasındakı döyüşlər başlamazdan əvvəl ölkədə müharibənin qoxusu hiss edilməyə başlamışdı. Azərbaycanda bir çox adam artıq bilirdi ki, ölkədə faciəvi hadisələr baş verəcək. Bu istiqamətdə ilk tədbir görən şəxslərdən biri Məhəmməd Əsədov oldu. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri vəzifəsinə təyin edilən general, Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görür və təcili tədbirlərin görülməsi üçün Moskvaya, SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır.
Muxalifet - 29-11-2019
Arvad əri ilə yatmaq üçün başqa qadın çağırdı, sonra... - FOTOLAR
20-ci mərtəbədən yıxılıb, ölən modellə bağlı yeni məlumatlar əldə olunub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yıxıldığı deyilən 18 yaşlı modelin itələnərək öldürüldüyü aşkarlanıb. Onun ölümündə günahkar olanlar saxlanılıb.
Xatırladaq ki, 18 yaşlı hollandiyalı model İvana Smitin cəsədi Persiaran Capsquare binasının 6-cı mərtəbəsinin eyvanından tapılıb. Cəsəd çılpaq halda olub.Muxalifet - 29-11-2019