Axtarış

The search found 105839 results in 0.031 seconds.

Search results

  1. SON DƏQİQƏ: Bu deputatlar 2020-ci ildə namizəd olmayacaqlar - SİYAHI

    Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının toplantısı keçirilib. Toplantıdan sonra Azərbaycanda Milli Məclisin buraxılacağı və növbədənkənar Parlament Seçkiləri keçiriləcək.

    Muxalifet - 28-11-2019

  2. Bakıda avtomobil aşdı – ÖLƏN VAR

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az
    publika.az xəbər verir ki, noyabrın 27-də saat 6 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində Xırdalan şəhər sakini Elvin İbrahimxəlilov idarə etdiyi “TOFAŞ” markalı avtomobili aşırıb. Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
    Araşdırma aparılır.

    Muxalifet - 28-11-2019

  3. "İslahatların başında əhəmiyyətli səbəblər dayanır" - Əli Əhmədov

    "Növbəti parlament seçkilərində müasir, vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması bizim diqqətimizdədir".

    Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi Əli Əhmədov YAP-ın Siyasi Şurasının bugünkü iclası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

    Muxalifet - 28-11-2019

  4. Bakıda hosteldə ŞOK CİNAYƏT – Turistin əlindən dişləyib 3 min manatını apardılar

    Bakıda soyğunçuluq etmiş şəxslər tutulub.
    Muxalifet.az
    Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan əcnəbi vətəndaşın içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub. Zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.

    Muxalifet - 28-11-2019

  5. Putin idmanın həyatını necə dəyişdiyindən danışdı

    Cüdoda qara kəmər sahibi Rusiya prezidenti Vladimir Putin döyüş sənətiylə məşğul olmasaydı, bu gün başqa biri olacağını açıqlayıb.
    Bu barədəVladimir Putin  cüdo və sambo məşqçisi Anatoliy Rahlin haqqında sənədli filmdə danışıb.
    Putin məşqçisinə idmandan uzaqlaşmasını istəyən ailəsini razı saldığı üçün təşəkkür edib. O bildirib ki, idman həyatını və düşüncəsini dəyişib.

    Muxalifet - 28-11-2019

  6. Şamaxıda mağaza satıcısı keçmiş məhkumu tüfənglə güllələyib

    Şamaxıda keçmiş məhkum tüfəngi ilə güllələnib. Bu barədə Muxalifet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub. V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet - 28-11-2019

  7. "... parlamentin səlahiyyətləri bitmiş hesab olunur" - Deputatdan şərh

    Azərbaycanda yeni parlament səlahiyyətlərinin icrasına başlayandan sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur.
    Muxalifet.az Unikal.org-a istinadla bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    Muxalifet3 - 28-11-2019

  8. 90 manat dərdimizə çarə olacaqmı?

    Xəbər verdiyimiz kimi 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin bəlli olub ki, 2020-ci il üçün dövlət tərəfindən səhiyyə sahəsinə ayrılan büdcənin 70-80 faizi icbari tibbi sığortaya sərf olunacaq. Bu prosesin ölkədə mərhələli şəkildə tətbiq olunması təklif olunub.

    Muxalifet3 - 28-11-2019

  9. “Bu aksiyaya gərək, ən azı, 100 min adam toplaşsın” - Qüdrət Həsənquliyev

    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bəzi müxalifət partiyalarının Dağlıq Qarabağla bağlı mitinq keçirmək təşəbbüsünə münasibət bildirib.

    Muxalifet3 - 28-11-2019

  10. “Köhnə qvardiyadan sillə vuranlar gedəcək” – Zərdüşt Əlizadə

    “Bir müddətdir şərti çevrədə belə ehtimallar səsləndirilirdi. Çox güman ki, köhnə qvardiyadan sillə vuranlar, heç nədən başı çıxmayanlar gedəcək, yerlərinə isə daha gənc və savadlı adamlar gələcək”.
    Muxalifet.az məlumat verir ki, bunları YAP Siyasi Şurasının parlamentin buraxılması barədə qərarını şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. O, “Qaynarinfo.az” saytına bu barədə danışıb.
    Qeyd edək ki, bu gün YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilib.

    Muxalifet3 - 28-11-2019

  11. Ukrayna prezidenti Zelenski Bakıya gəlir

    Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Bakıya rəsmi səfər edəcək. Muxalifet.az bu barədə Ukrayna KİV-inə istinadən xəbər verir. Qeyd olunur ki, hələlik səfərin proqramı təsdiqlənməyib. Mənbələrdən biri əvvəlcədən V.Zelenskinin Ermənistan və Gürcüstana da səfərinin planlaşdırıldığını, lakin Tbilisidəki etirazlar səbəbindən səfərin yalnız Azərbaycanla məhdudlaşdırılması barədə qərara gəlindiyini bildirib. Muxalifet.az

    Muxalifet3 - 28-11-2019

  12. SON DƏQİQƏ: İlham Əliyev bu qurumu LƏĞV ETDİ

    Prezident İlham Əliyev Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet - 28-11-2019

  13. Avropa çökür - Sabiq liderlərdən ŞOK XƏBƏRDARLIQ

    Avropa və Qərb sivilizasiyası çöküşə doğru gedir.

    Bu iddia Fransanın sabiq prezidenti Nikola Sarkozi və İspaniyanın sabiq baş naziri Xose Mariya Aznar tərəfindən səsləndirilib.

    Muxalifet - 28-11-2019

  14. “İnterpol” xətti ilə axtarışda olan britaniyalı Bakıda tutuldu

    Pakistan Cinayət Məcəlləsinin 109-cu (qətl) maddəsi üzrə “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Böyük Britaniya vətəndaşı Bəşir Nədim Bakıda tutulub. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, B.Nədim London-Bakı aviareysi ilə Azərbaycana gələn zaman Heydər Əliyev Hava Limanında saxlanılıb. Onun Pakistana ekstradisiya ediləcəyi gözlənilir.

    Muxalifet - 28-11-2019

  15. Ukrayna prezidenti Bakıya səfər edəcək

    Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Bakıya rəsmi səfər edəcək."Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə mənbələr məlumat verib.

    Qeyd olunur ki, hələlik səfərin proqramı təsdiqlənməyib. Mənbələrdən biri əvvəlcədən V.Zelenskinin Ermənistan və Gürcüstana da səfərinin planlaşdırıldığını, lakin Tbilisidəki etirazlar səbəbindən səfərin yalnız Azərbaycanla məhdudlaşdırılması barədə qərara gəlindiyini bildirib.

    Muxalifet - 28-11-2019

  16. Bakı-Pirşağı elektrik qatarı bu tarixdə işə düşəcək - CƏDVƏL/QİYMƏT

    Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət vaxtı məlum oldu. "Azərabaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Muxalifet.az-a verilən məlumata görə, elektrik qatarları dekabr ayının 2-sindən fəaliyyətə başlayacaq. Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır. Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.

    Muxalifet - 28-11-2019

  17. Qarabağda döyüşən qadından sabiq deputata sərt sözlər

    Xocalı Soyqrımının 28-ci ildönümünə həsr olunmuş tədbirdə Ağdam uğrunda gedən döyüşlərdə iştirak edən qadın sabiq millət vəkilinə sərt sözlər dedi. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı Soyqrımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı Soyqrımının 28-ci ildönümünə həsr olunmuş "Xocalı Tarixin Qan Yaddaşı" adlı rəsm sərgisi elan edilib. Mətbuat konfransıda Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmiş Cumayeva Ruxsarə çıxış edib.

    Muxalifet - 28-11-2019

  18. Pərvin Abıyevanın "paqonlu" sevgilisi işdən ÇIXARILDI - FOTO

    Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib. Muxalifet.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb: ““Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir.

    Muxalifet - 28-11-2019

  19. Türkiyənin milli avtomatı NATO-nun 42 testinin hamısından keçdi

    Türkiyənin hərbi sənayesinin milli istehsalı olan MPT 76 avtomatı NATO-nun müəyyən etdiyi 42 standart testinin hamısını keçən ilk silah olub. Muxalifet.az avropa.info-a istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin Milli müdafiə komitəsinin sədr müavini Refik Özen danışıb. “MPT 73 NATO-nun müəyyən etdiyi 42 kriteriyasına cavaba verə bilən dünyada tək silahdır. Buy fəaliyyət, xüsusilə 75%-i yerli istehsal hesabına təmin olunan müdafiə məhsulları bizim bu sahədə nə qədər uğur qazandığımızı göstərir. Keçən həftə milli hava nəqliyyatı firması YUSAŞ-a getdik.

    Muxalifet - 28-11-2019

  20. Ona Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

    Prezident İlham Əliyev Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet.az xəbər verir ki, sərəncamla Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə L. Abasova Prezidentin fərdi təqaüdü veriləcək.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Muxalifet - 28-11-2019

Pages