Axtarış
The search found 105839 results in 0.053 seconds.
Search results
"Azərsu"da yüksək vəzifəyə yeni təyinat olub
Gəncə "Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə yeni rəis təyin edilib. Sözügedən vəzifəyə Şöhrət Verdiyev təyin edilib. Ş.Verdiyev buna qədər həmin idarədə rəis müavini işləyirdi. Qeyd edək ki, keçmiş rəis Vaqif Xəliov bir neçə ay bundan əvvəl işində verdiyi nöqsana görə işdən azad edilmişdi. / BAKU.WS
Muxalifet - 27-11-2019
İranda öldürülənlərin meyitləri gizlədilir, dəfn mərasimlərinə icazə verilmir - QƏDDAR DİVANTUTMA
İran hakimiyyəti yanacağın bahalanmasına etiraz edənlərə qarşı repressiv addımların miqyasını qəsdən gizlədir. Bunu “Human Rights Watch” (HRW) insan haqları təşkilatı yeni hesabatında deyir. Noyabrın 15-dən başlanan etirazlarda 140-dan artıq adamın öldürüldüyü, 7 minədək şəxsin saxlandığı xəbər verilir. Məlumatı insan haqları qrupları və iranlı deputat verib. Bəzi məlumatlara görə, öldürülənlərin sayı hətta 200-ü keçib. HRW noyabrın 27-də “İran: Qəddar divantutmanın bilərəkdən ört-basdır olunması” adlı hesabat açıqlayıb.
Muxalifet - 27-11-2019
"Tramp Avropa Birliyinin dağılması üçün dua edir"- Donald Tusk
Avropa Şurasının Baş katibi Donald Tusk ABŞ prezidenti Donald Trampın Avropa Birliyinin qarşılaşdığı ən çətin sınaq olduğunu söylədi. Tusk, Trampın AŞ-nın dağılması üçün dua etdiyini iddia etdi. Muxalifet.az bu barədə "Voice of America"ya istinadla xəbər verir. Britaniyanın AŞ-dan ayrılmaq qərarını alqışlayan Tramp, AŞ-na ticarət rəqibi kimi baxdığı üçün NATO-ya qarşı da şübhəli münasibət bəsləyir. Həftəlik alman nəşri “Die Zeita”a müsahibə verən Tusk, “Tarixdə ilk dəfə birləşmiş Avropaya açıqa düşmən olan ABŞ prezidenti var.
Muxalifet3 - 27-11-2019
Bu şəxslər avtobuslardan pulsuz istifadə edə biləcək
"Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq".
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.
O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:Muxalifet - 27-11-2019
Prosineçki istefaya göndərildi
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığması ilə vidalaşıb.
Muxalifet.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı anlaşma yolu ilə son qoyulub. Onu Safet Suşiçin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik edib.Muxalifet - 27-11-2019
"Döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, üzr istəyirəm" - Cümşüd Nuriyev
Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri məsələyə öz sərt mövqe bildirib. Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan sabiq sabiq deputat məsələyə aydınlıq gətirib. “Mənim dediklərim kontekstdən çıxarılıb. Diqqət etsəz görərsiz ki, mən konkret olaraq parlamentə hücum edən qadın dəstəsindən söz açmışam. Hücum edənlər Xanım Xəlilovanın qadın dəstəsindən olanlar idi.
Muxalifet - 27-11-2019
Azərbaycanda 41 yaşlı kişi güllələndi
Şamaxıda güllələnmə hadisəsi olub.
Hadisə bu gün saat 19:30 radələrində qeydə allnıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.
Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. /APAMuxalifet - 27-11-2019
Yanvarın 1-dən dövlət tərəfindən hər bir vətəndaşın hesabına 90 manat keçiriləcək - BU, 3 İL DAVAM EDƏCƏK, SONRA...
Milli Məclisdə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər müzakirə edilir. Muxalifet.az xəbər verir ki, təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Muxalifet - 27-11-2019
Azərbaycanlılar Rusiyadan deportasiya olundular - 578 MİQRANT ÖLKƏDƏN ÇIXARILDI
Rusiyanın Primorski əyalətindən bu il 578 qanunsuz miqrant deportasiya olunub.
Bu barədə əyalət məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Ölkədən çıxarılan miqratların içərisində Azərbaycan vətəndaşları da var. Digər miqrantlar Özbəkistan, Tacikistan, Ukrayna, Seneqal Respublikası, Şimali Koreya, Vyetnam və Çin vətəndaşları olub. Sərhəd nəzarətindən keçəndən sonra qanunu pozan şəxslər Rusiyanı tərk ediblər.
Muxalifet4 - 27-11-2019
Dəhşətli qəza - Avtobus uçuruma yuvarlandı, 18 nəfər öldü
Nepalda avtobusun uçuruma yuvarlanması nəticəsində azı 18 nəfər ölüb, 13 nəfər yaralanıb.
"Report" xəbər verir ki, sürücü dağ yolunun çətin hissəsində idarəetməni itirib və nəqliyyat vasitəsi, təxminən, 500 metr yüksəklikdən dərəyə aşıb.
Ölənlərin, demək olar ki, hamısı aldıqları xəsarətlərdən qəza yerində keçinib.
Muxalifet - 27-11-2019
Ermənilər Qarabağda "ekoloji soyqırım" həyata keçirir - SU HÖVZƏLƏRİ ZƏHƏRLƏNİR, MEŞƏLƏR QIRILIR... / Video
Ermənilər işğal etdikləri Dağlıq Qarabağda Azərbaycana məxsus tarixi abidələri, sənət nümunələrini dağıtdıqdan sonra təbiətə və ekologiyaya qarşı da “soyqırımı” həyata keçirirlər.
Ərazidəki su hövzələri və göllər zəhərlənir, meşələr kütləvi şəkildə qırılır və ətraf mühitə dəyəri milyard manatlarla ölçülən ciddi ziyan vurulur. Bu faktı hətta ermənilərin özləri də etiraf edirlər. Belə ki, Ermənistanda fəaliyyət göstərən“Təbiəti Mühafizə evi”nin rəhbəri Qor Hovanesiyan bu acınacaqlı vəziyyətlə bağlı videomaterial hazırlayıb.
Muxalifet4 - 27-11-2019
"Məktəblərin yenidən qurulması və təmiri üçün yüz milyonlarla dollara ehtiyacımız var" - Erməni nazir "AĞLADI"
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Harutyunyan özünün Facebook səhifəsində Gegharkunik bölgəsindəki Draxtik kəndinin məktəbi ilə bağlı yazılanlara münasibət bildirib. O, “belə məktəblərin bərpası və təmiri üçün yüz milyonlarla dollara ehtiyacımız var”, – deyə qeyd edib. “Əziz həmvətənlər, bu saat Facebookda Draxtikdəki məktəbin vəziyyətinin dəhşətli fotoları var. Bu problem barədə bilirəm, şəxsən bu məktəbə baş çəkdim. Yüzlərlə belə məktəbi sələflərimizdən miras aldıq. Bu bir milyon, iki milyon, iyirmi milyon, hətta yüz milyon dramdan ibarət bir məsələ deyil.
Muxalifet - 27-11-2019
Xaçmaz şəhərinin icra nümayəndəsi işdən çıxarılıb - FOTO
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhər icra nümayəndəsi Ramin Əzizovu işdən kənarlaşdırıb.
Başçı Elnur Rzayevin belə bir qərar verməsinə əsas səbəb şəhərin məişət tullantılarından təmizlənməməsi olub.Muxalifet4 - 27-11-2019
"İnstagram" 1300 porno aktyorun hesabını sildi - SƏBƏB...
Bu il Instagram-da yüzlərlə porno ulduz və seks işçisinin hesabları silinib və bir çoxları deyir ki, geniş tanınan məşhurlardan fərqli olaraq onlara fərqli standartlarla yanaşılır.
"Mən İnstagram hesabımı Sharon Stone və ya hər hansı digər təsdiqlənmiş profilə uyğun olaraq modelləşdirə bilməliyəm, amma reallıq budur ki, bunu edəcəyim halda profilim silinəcək", - Porno Film Aktyorları Gildiyasının prezidenti və porno ulduzların Instagram-da qalmaq üçün başladığı kampaniyanın aparıcı simalarından biri olan Alana Evans deyir.
Muxalifet4 - 27-11-2019
Bakıdakı bu universitetlər bölgələrə köçürülə bilər – SİYAHI
Dünyanın əksər ölkələrində iri təhsil müəssələri, çoxsaylı işçiləri olan müəssisələr və başqa böyük qurumlar yalnız paytaxtda deyil, bölgələrdə də fəaliyyət göstərir. Bu, paytaxtdakı sıxlığı aradan qaldırmaqla yanaşı, bölglərin inkişafına yönəlmiş bir addımdır. Azərbaycanda isə vəziyyət xeyli fərqlidir, bütün təhsil ocaqları, iri müəssisələr paytaxt Bakıda yerləşib. Odur ki, bu gün Azərbaycan deyiləndə daha çox Bakı göz önünə gəlir. Bəzi ali təhsil ocaqları var ki, onların paytaxtda qalması zərurilik təşkil etsə də, bəzilərinin rayonlara köçürülməsi daha əlverişli ola bilər.
Muxalifet - 27-11-2019
İCBARİ TİBBİ SIĞORTA: İlk olaraq hansı vətəndaşlar bu xidmətdən yararlanacaq...
Azərbaycanda əhalinin adambaşına 90 manat olmaqla dövlət büdcəsi hesabına sığortalanması nəzərə tutulub. Bu, üç il ərzində baş verməlidir. Azərbaycanda icbari tibbi sığortanın 2020-ci ilin yanvarın 1-dən ölkəboyu tətbiq ediləcəyi nəzərdə tutulsa da, gələn ilə iki aydan az qalmış vaxtda yeni təkliflər verilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, onlar 2020-ci ildə icbari tibbi sığortanın ölkəboyu yox, mərhələli şəkildə tətbiq olunması ilə bağlı təklifləri hökumətə təqdim ediblər.
Muxalifet4 - 27-11-2019
Fermerlər traktorlarla paytaxta "hücum etdi" - ETİRAZ AKSİYASI
Fransanın paytaxtı Parisdə traktorla yola çıxan minə yaxın fermer hökumətin kənd təsərrüfatı siyasətinə və beynəlxalq ticarət müqavilələrinə etiraz edib.
Etirazçılar məşhur Yelisey çölləri yaxınılğında toplanıb. Aksiya prezident Emmanuel Makronla görüşməyi tələb edən iki böyük fermer birliyi tərəfindən təşkil edilib.
Muxalifet4 - 27-11-2019
İranda 200 min nəfərlik "benzin aksiyası" - 7 MİN İNSAN HƏBS OLUNUB...
İranda hökümət əlehinə olan etirazlar son 40 ilin ən böyük etiraz aksiyasıdır. Etirazlara ölkə boyunca 200min insan qatılıb. Millət vəkillərindən biri bildirib ki, etirazlar zamanı 7 min insan həbs olunub. İranın Ali dini lideri Ayətullah Əli Xamenyi iğtişaşlar zamanı göstərilən zorakılıqları rədd edərək, etirazları "çox təhlükəli bir qəsd" kimi xarakterizə edib. "Amnesty International" bu həftənin əvvəlində ən az 143 etirazçının ölümünü sənədləşdirdiyini bildirir. Rəsmi Tehran isə ölümlərlə bağlı bütün məlumatları rədd edir.
Muxalifet4 - 27-11-2019
YAP Siyasi Şurasının təcili iclası çağırıldı - NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ MÜZAKİRƏSİ
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclası çağırılıb. Muxalifet.az bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, iclas noyabrın 28-də saat 11:00-da partiyanın mərkəzi qərargahında keçiriləcək. İclasın gündəliyi məlum deyil. Toplantının növbədənkənar parlament seçkiləri ilə əlaqədar olması ehtimal edilir.
Muxalifet4 - 27-11-2019
Maşın aşdı, ana və oğlu xəsarət aldı - Azərbaycanda
İmişli-Kürdəmir magistralının Araz çayı üzərindən keçən körpüdən 2 kilometr arlıda yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, İmişli sakini, 1992-ci il təvəllüdlü Umudov Orxan Nizami oğlunun idarə etdiyi 10 BH 888 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun anası 1973-cü il təvəllüdlü Umudova Vəfa Xələf qızı müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürcünün vəziyyəti nisbətən ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Muxalifet - 27-11-2019