Azərbaycanlılar Rusiyadan deportasiya olundular - 578 MİQRANT ÖLKƏDƏN ÇIXARILDI

Baxış sayı:
14558

Rusiyanın Primorski əyalətindən bu il 578 qanunsuz miqrant deportasiya olunub.

Bu barədə əyalət məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Ölkədən çıxarılan miqratların içərisində Azərbaycan vətəndaşları da var. Digər miqrantlar Özbəkistan, Tacikistan, Ukrayna, Seneqal Respublikası, Şimali Koreya, Vyetnam və Çin vətəndaşları olub. Sərhəd nəzarətindən keçəndən sonra qanunu pozan şəxslər Rusiyanı tərk ediblər.