Axtarış

The search found 105839 results in 0.035 seconds.

Search results

  1. İcra başçısının fəaliyyətini araşdırılır - Korrupsiyaya görə - RƏSMİ

    Maliyyə Nazirliyi Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Muxalifet - 28-11-2019

  2. Yerevanın keçmiş polis rəisi Rusiyada müəmmalı şəkildə öldü - FOTO

    Yerevanın keçmiş polis rəisi, general-mayor Aşot Karapetyan naməlum şəraitdə qaz partlayışı və dağıntı nəticəsində Rusiyada ölüb. Bu barədə “Novosti Armeniya” məlumat yayıb. Bildirilib ki, partlayış noyabrın 28-də baş verib və partlayışdan sonra baş verən yanğın nəticəsində iki nəfərin öldüyü barədə məlumat yayılıb. Hazırda keçmiş polis rəisinin ölüm şəraiti və səbəbləri araşdırılır. Onun Rusiyanın Pyatiqorsk şəhərində pivə zavodunda baş verən yanğın nəticəsində öldüyü ehtimal edilir.

    Muxalifet - 28-11-2019

  3. ​Bu ölkədə evlər 1.87 AZN-ə satılır

    İtaliya dövləti Sicilya adasında Bivona qəsəbəsində yerləşən evləri 1 avroya (təxminən 1.87 AZN-ə) satışa çıxarıb.
    Muxlifet.az x
    arici KİV-ə istinadən xəbər verir ki,  İtaliya dövləti əhalisinin yox olma təhlükəsi ilə üz-üzə qalan bir çox qəsəbələrində “1 avroya ev” adlı layihəsini başladıb. Belə ki, layihəyə daxil edilən evlər təmir və yaşayış qarşılığında 1 avroya satılır. Bu evləri ala bilmək üçün isə 2500 avro (təxminən 4677 AZN) depozit ödəmək və evdə təmir-bərpa işləri aparmaq lazımdır.

    Muxalifet - 28-11-2019

  4. Milli Məclisin rəhbərliyi tam dəyişəcək

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi müxtəlif mülahizələr səbəb olub.
    YAP bununla bağlı bu gün qərar qəbul edib. Yaxın günlərdə isə Prezident İlham Əliyevin Milli Məclisi buraxacağı gözlənilir. Mülahizələrdən biri budur ki, növbədənkənar seçkilər nəticəsində formalaşacaq Milli Məclis hazırki tərkibdən kəskin fərqlənəcək.

    Muxalifet - 28-11-2019

  5. Bakıda zəncirvari qəza - VİDEO

    Bakının Nizami rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

    Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

    Bildirilir ki, qəza Bakı Nəqliyyat Agentliyinin binası yaxınlığında qeydə alınıb.

    Belə ki, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yol kənarında dayanan “Mercedes” markalı avtomobilə çırpılıb və daha sonra fırlanaraq qarşıda hərəkətdə olan "Range Rover" markalı maşına dəyib.

    Qəza nəticəsində avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.

    Muxalifet - 28-11-2019

  6. ABŞ-da erməni prodüser 40 kq kokainlə saxlanıldı

    ABŞ polisi erməni prodüser Vardqes Markosyanı saxlayıb. 47 yaşlı V.Markosyan 40 kiloqram kokain saxlamaqda ittiham olunub. O, həmin məhsulu Avstraliyaya keçirmək istədiyini etiraf edib.

    Cinayətə yardım etmək şübhəsi ilə onun bacısı İrena Markosyan da saxlanılıb. Aşkar olunan narkotik vasitələrin həcminə əsasən, onların ömürlük azadlıqdan məhrum ediləcəyi gözlənilir.

    Muxalifet - 28-11-2019

  7. "Whatsapp"da bu funksiyanı hər kəs gözləyir...

    Dark mode, yəni qaranlıq mod bu ilin trendinə çevrildi.

    Muxalifet.az "technote"a istinadla xəbər verir ki, bir çox proqramlar qaranlıq mod funksiyasını özünə tətbiq edərək həm istifadəçilərin gözlərinin yorulmasının qarşısını aldı, həm də telefonların daha az enerji xərcləməsinə səbəb oldu.

    Lakin bu funksiya "Whatsapp"da özünü tam mənada göstərə bilmədi. Hər dəfə Beta versiyaya əlavə edilən qaranlıq mod sonra təkrar yoxa çıxır. Bu səfər də eynisi oldu.

    Muxalifet - 28-11-2019

  8. ​SON DƏQİQƏ: Daha bir qurum LƏĞV OLUNUR - Qərar

    "Azneftkimyamaş" ASC "Balaxanı Maşınqayırma Zavodu" ASC-yə qoşulması ilə əlaqədar "Azneftkimyamaş" ləğv olunur.
    Muxalifet.az
    xəbər verir ki, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ötən gün qərar qəbul edib.
    Xatırladaq ki, “Azneftkimyamaş” 2001-ci ildə yaradılıb. Səhmdar cəmiyyətinin əsas məqsədi rəqabətqabiliyyətli neft-qaz, geoloji-kəşfiyyat, həmçinin neftkimya sənayesi avadanlıqlarnı, onlar üçün lazımi alət və ehtiyat hissələrini işləmək və hazırlamaqdır. /report

    Muxalifet - 28-11-2019

  9. İmişlidə yol qəzası - ÖLƏN VAR

    İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi 99-TN-931 dövlət-nömrə nişanlı "Renault-Megane" markalı minik avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Sürücünün meyiti deformasiya olmuş avtomobildən çıxarılıb.

    Fakt araşdırılır. 

    Muxalifet - 28-11-2019

  10. “Rus NATO-su”nun yeni baş katibi seçildi – Qərar

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Belarusun nümayəndəsi Stanislav Zası təşkilatın yeni baş katibi vəzifəsinə təsdiqləyib. Muxalifet.az xəbər verir ki, belaruslu general gələn ilin yanvarın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq. Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə KTMT-nin iclası keçirilib. / /Teleqraf.com

    Muxalifet - 28-11-2019

  11. Çavuşoğlu Makronu terrorçuluğu dəstəkləməkdə İTTİHAM ETDİ

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronu terrorçuluğu dəstəkləməkdə ittiham edib.

    Bundan əvvəl E.Makron Türkiyəni Suriyanın şimalındakı əməliyyatlarda dəstəkləməyəcəyini bildirmişdi.

    Nazir E.Makronun terrorçu dövlət yaratmaq istədiyini bəyan edib:

    “Amma bizim keçirdiyimiz “Barış pınarı” əməliyyatı buna mane oldu və onu məyus etdi. O, özü də nə dediyini bilmir”.

    M.Çavuşoğlu əlavə edib ki, E.Makron NATO müttəfiqlərinin yanında durmalıdır, onlara qarşı olmamalıdır. //Trend

    Muxalifet - 28-11-2019

  12. Şəkidə GÜCLÜ PARTLAYIŞ - Xəsarət alan var

    Şəki rayonunda çörək sexində partlayış baş verib.
    Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Onun vəziyyəti orta ağırdır:
    "Kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir".

    Muxalifet - 28-11-2019

  13. Flora Kərimova parikini çıxardı - VİDEO

    Xalq artisti Flora Kərimova illər sonra parikini çıxarıb. Muxalifet.az xəbər verir ki, müğənni öz saçlarını göstərib. Sənətçinin videosunu stilist Vəfa İbrahimova paylaşıb.

    Muxalifet - 28-11-2019

  14. Angela Merkel konfransda yıxılıdı - VİDEO

    Almaniya kansleri Angela Merkel Berlində keçirilən Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik Konfransında büdrəyərək yıxılıb.
    Muxalifet.az xəbər verir ki, kansler səhnəyə çıxarkən büdrəyib və yıxılıb, amma tez ayağa qalxaraq mikrofon önünə keçib.

    Muxalifet - 28-11-2019

  15. "Sevilya" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI

    UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyada qarşılaşacaq "Sevilya" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

    Muxalifet.az-ın məlumatına görə, komandalar matça bu "11-lik"lə çıxacaqlar.

    "Sevilya": 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriço (k), 7. Runu Lopes, 9. Munas Dabbur, 11. Munir. 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres,

    Muxalifet - 28-11-2019

  16. İraqda bu gün keçirilən etiraz aksiyalarında 27 nəfər həlak oldu

    İraqda bu gün hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı azı 27 nəfər həlak olub. Bu barədə BBC xəbər verir. Bildirilir ki, ölkənin cənubundakı Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələrinin körpünü boşaltmaq üçün nümayişçilərə atəş açması nəticəsində azı 20 nəfər öldürülüb. Daha 4 nəfər Bağdadda, 3 nəfər isə İranın Baş Konsulluğunda yanğın zamanı (Nəcəf şəhərində) ölüb. Qarşıdurmalar zamanı həmçinin daha 18 nəfər yaralanıb. Qeyd edək ki, Nəsiriyyə baş nazir Adil Əbdül Mehdinin doğma şəhəridir.

    Muxalifet - 28-11-2019

  17. Azərbaycan səmasında yanan obyekt - Video

    Bu gün axşam saat 19:00 radələrində İsmayıllı rayonunda səmada yanan obyekt müşahidə olunub. Muxalifet.az xəbər verir ki, yerli sakinlərin Baku.ws-ə göndərdiyi videoda yanan cismin hərəkət etdiyi müşahidə olunur. Xatırladaq ki, buna bənzər video bu gün Rusiya səmasında da müşahidə olunub. Sonra məlum olub ki, Rusiya “Topol” raketini sınaqdan keçirib.

    Muxalifet - 28-11-2019

  18. Parlamentdə evlilik təklifi: spiker deputatı danladı

    İtaliya Nümayəndələr Palatasının bu gün keçirilən iclasında çıxış edən millət vəkili Flavio Di Muro sevgilisinə evlilik təklifi edib.

    Unikal.org xəbər verir ki, nitqinin sonunda millət vəkili bu günün onun üçün digər günlərdən fərqli və xüsusi olduğunu qeyd edib.

    “Cənab məclis sədri, icazənizlə sizə deyil, izləyici sıralarına səslənirəm: “Elisa, mənimlə evlənərsən?”, - deyə millət vəkili deyib.

    Muxalifet - 28-11-2019

  19. Qazaxıstanda sensasiya: “Astana” “Mançester Yunayted”ə qalib gəldi

    UEFA Avropa Liqasında V turunda sensasiyalı nəticə qeydə alınıb. 
    L qrupunda çıxış edən “Astana” Qazaxıstanda "Mançester Yunayted” üzərində gözlənilməz qələbə qazanıb - 2:1.
    Hesabı 10-cu dəqiqədə Cessi Linqard açsa da, 55-ci dəqiqədə Dmitriy Şomko bərabərlik qoluna imza atıb. 62-ci dəqiqədə Bernardın avtoqolu ilə “Astana”nın qələbəsi rəsmiləşib. 
    Qeyd edək ki, “Mançester Yunayted” 10 xalla qrup lideridir və növbəti mərhələyə vəsiqəni hələ ötən tur təmin edib. “Astana” isə bu qələbə sayəsində 3 xal əldə etsə də, qrupun sonuncusudur.

    Muxalifet - 28-11-2019

  20. Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib - 250 MİN TƏZMİNAT TƏLƏB EDİB

    Prezident Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Prezident “şəxsi hüquqların pozulması” iddiası ilə məhkəməyə müraciət edib və Kılıçdaroğludan 250 min lirə təzminat tələb edib. Ərdoğanın vəkili Hüseyn Aydının Ankara 7-ci Asliyə Hüquq Məhkəməsinə verdiyi ərizədə Kılıçdaroğlunun noyabrın 26-da qrup iclasında Ərdoğanla bağlı işlətdiyi “vətən xaini”, “peşkeş etmək” ifadələrinin hüquqi baxımdan cinayət xarakterli olduğu vurğulanıb.

    Muxalifet - 29-11-2019

Pages