Bu şəxslər Suriyada əsir düşərgələrində olan yaxınlarını axtarırlar - ADLAR

Baxış sayı:
15580

Suriyada Azərbaycanlı qadın və uşaqlara təkcə Əl-Hool düşərgəsində deyil, həm də Roj və Ayn-İssadakı düşərgələrdə rast gəlmək olur.

Hər üç düşərgədə aclıq, xəstəlik, stress və qorxudan hər gün təxminən 15-20 nəfər dünyasını dəyişir. Onlara yardım etməli olan Beynəlxalq Qırmızı Xaç təşkilatı isə düşərgələrə gec-gec baş çəkir. Nəticədə ciddi qida və su çatışmazlıq yaranır. Xəstələr lazımi dərman preparatları ilə təmin olunmadığından vəfat edirlər. Məsələn, düşərgədə əsir olan 1986-cı il təvəllüdlü Musayeva Məlahət Məhəmməd qızı bir qədər əvvəl xəstəlikdən dünyasını dəyişib. Noyabrın 19-da isə 1982-ci il təvəllüdlü Məmmədova Nina İqorevna uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun iki azyaşlı övladı yetim qaldı.

Ötən yazımızda deyildiyi kimi, Əl Hool Suriyada ən böyük əsir düşərgəsidir və kürd qiyamçılarının nəzarətində olan bölgədir. 25 min nəfər üçün nəzərdə tutulmuş bu düşərgədə indi 70 minə yaxın adam yerləşdirilib.

Son 2 ayda Əl-Hoolda bir qrup əsirlə kürd silahlı mühafizəçilər arasında mübahisə olub. Mübahisə böyük faciə ilə nəticələnib. Bir neçə qadın və uşaq öldürülüb. Xeyli sayda adam isə yaralanıb. Yaralılara tibbi yardım göstərilməyib.

Düzdür, bu hadisədə Azərbaycandan olan əsirlər iştirak etməyib. Amma baş verən qanlı olaylardan, aldıqları psixoloji zərbədən, qorxudan indiyədək əziyyət çəkirlər.

Oktyabrın 13-də isə Ayn-İssa düşərgəsində kürd silahlı qüvvələri yanğın törədiblər. Nəticədə onlarla çadır yanıb. Necə deyərlər, yaşayış yerlərini itirənlər Türkiyə sərhədinə üz tutublar. Onların arasında Azərbaycan vətəndaşları Məmmədova Dilbər Elşən qızı (2000-ci il təvəllüdlü) Məmmədova Rəfiqə Elşən qızı (2004), Məmmədov Abdullah Elşən oğlu (2007) İbrahim Səməd Mayda oğlu (2015) Aşurova Zarina Teymurovna (1996) təxminən 30 km-dən çox yol qət edərək, ölümdən qurtula biliblər. Şanlı Urfaya bağlı Akçakala kəndiylə sərhəddə yerləşən və Türkiyənin müttəfiqi olan Azad Suriya ordusunun nəzarətindəki Kuramazah yaşayış məntəqəsinə gəlib çıxdıqları dəqiqdir. Ehtimal olunur ki, bu şəxslər Türkiyə sərhədini keçərək, ora sığınıblar.
Təkcə aclıq və səfalət yox, bəzən təsadüfi mina partlayışları da bu düşərgələrdə insan həyatına son qoyur.

Aldadılaraq Suriyaya aparılanlardan biri də 1974-cü il təvəllüdlü Səfərova Aygündür. Onun həyat yoldaşı Faiq Səfərov da Əl-Hool cəhənnəmində əsirlikdəymiş, sonradan oradaca qətlə yetirilir. Bir gün yarıuçuq, istifadə olunmayan məsciddə namaz qılmağa gedən Aygünün ayağının altında mina partlayır. İrəli addım atarkən daha biri partlayır və o, ayaqlarını itirir. Heç bir tibbi yardım göstərilmədiyindən üç gün sonra vəfat edir. Yeri gəlmişkən, onun yeniyetmə oğlu da mina partlayışından həlak olub.

Hazırda üç uşağı həbs düşərgəsindədir.

Artıq ABŞ, Albaniya, Mərakeş, Malayziya, Maldiv, Qazaxıstan, Özbəkistan, Kosovo, , Rusiya, Nigeriya və digər ölkələr bu və ya digər yollarla öz vətəndaşlarını Əl-Hool və digər həbs düşərgəsindən çıxarırlar.
Suriyada olan Azərbaycan vətəndaşlarının adları, onların dəqiq yeri, sayı, sağlamlıq durumu, onları axtaran və qəyyumluğa götürmək istəyənlər barədə isə aşağıdakı məlumatlar var.

Hazırda 85 Azərbaycan vətəndaşı Suriyadakı əsir düşərgələrində öz övladlarını və yaxınlarını axtarır. (Siyahı yazıya əlavə olunur)

Beləliklə, hazırda 85 nəfərin 342 nəfəri axtardığı məlumdur. Onların hamısı qadın və uşaqlardır.

Axtarılan uşaqlardan 104-ü Suriyada dünyaya gəlib.

11 nəfər itkindir.

Əl-Hoolda saxlanılanlardan 278 nəfərin 100 faiz sağ olduğu bildirilir. Onlardan 35 nəfəri ata və analarını itirmiş uşaqlardır.

Rojdakı həbs düşərgəsində isə 21 Azərbaycan vətəndaşı saxlanılır. Onların hamısı sağdır.

Suriyada olan Azərbaycan vətəndaşlarını axtaran ailə üzvləri isə bu şəxslərdir:

  1. Rəşidova Dilbər Zakir qızı
  2. Məmmədova Rüxsarə Tapdıq qızı
  3. Camalova Gülövşə Daşkirəli qızı
  4. Qayıbxanova Hüruzat Ustabala qızı
  5. Ələkbərova Bəsti Pirməhəmməd qızı
  6. Müzəffərova Reyhan Qurban qızı
  7. Talıbova Solmaz Novruzəli qızı
  8. Əsədova Sevinc Vaqif qızı
  9. Qurbanova Pərvanə Abil qızı
  10. Məmmədov Qnyaz Əhməd oğlu
  11. Seyidova Sevinc Həzrətqulu qızı
  12. Əliyev Əzizağa Umudşah oğlu
  13. Maksimova Nazqız Məmməd qızı
  14. Əliyeva Nəcibə Fərman qızı
  15. Abbasov Habil Baba oğlu
  16. Günəşova Elmira Sərxan qızı
  17. Əhmədova Gülnar Telman qızı
  18. Kərimova Solmaz Qədir qızı
  19. Hacıyeva Sürmə Məhəmməd qızı
  20. Nağıyeva Zənurə Nurməhəmməd qızı
  21. Əliyeva Aidə Vüqar qızı
  22. Səfərova Nübar Bəhram qızı
  23. Nağıyeva Şəküfə İbrahim qızı
  24. Kazımova Lalə Nüsrət qızı
  25. Hüseynova Zərifə Səməd qızı
  26. Şirinov Elmar Mustafayevic
  27. Əsgərova Gülmirə Qəndəli qızı
  28. Rəsulova Validə Məmməd qızı
  29. Məmmədov Zahir Teyyub oğlu
  30. Şirinova Xatın Xanməd qızı
  31. Niftiyev Tərlan Məmməd oğlu
  32. Süleymanov Nazim Həzrət oğlu
  33. Məmmədova Tofiqə Abdulla qızı
  34. Aydəmirov Baba Niyazi oğlu
  35. Mirzəyev İsaq Həmdulla oğlu
  36. Ömərov Elman Xudaverdi oğlu
  37. Əliyeva Esmira Hüseyn qızı
  38. Qurbanova Əzimə Eyyub qızı
  39. Rüstəmova Natella Babasultan qızı
  40. Bağıyeva Mahizə Əlixan qızı
  41. Haciyeva Nərgiz Abdulla qızı
  42. Qənbərova Şəlalə Yusif qızı
  43. Həsənov Knyaz Təbrizoviç
  44. Əhmədov Həsrət Əhməd oğlu
  45. Hüseynov Əbülfəz Əvəz oğlu
  46. Əsgərova Yeganə Baxış qızı
  47. Əhmədova Lalə Famil qızı
  48. Abdullayeva Qətibə Allahyar qızı
  49. Həmidov Adil İsmayıl oğlu
  50. Şıxməmmədova Pərvanə Bayraməli qızı
  51. Zeynalova Suqra Rəsul qızı
  52. Abdullayeva Rahilə Boran qızı
  53. Simirov Əfsələddin Mamedvali oğlu
  54. Ağakərimova Cariyət Abdumirzə qızı
  55. Əmirxanov Zakir Avsar oğlu
  56. Cumartov Həbib Ömərbəy oğlu
  57. Ağayeva Elmira Həsənbəy qızı
  58. Qaibova Əsli Aslan qızı
  59. Məmmədov Ənvər İqoreviç
  60. Gülməmmədov Anar Kamal oğlu
  61. Aşurova Zəminə Zabiddin qızı
  62. Mahmudova Gülnaz Kamal qızı
  63. Qasımova Hicran Qasım qızı
  64. Cəmiyeva Aynurə Məmmədağa oğlu
  65. Quliyeva Təranə Həsən qızı
  66. Aydınlı Səbahət Ənvər qızı
  67. Seyfullayeva Flora Güləmir qızı
  68. Qarayeva Susan Piri qızı
  69. Quliyeva Leyla Məmməd qızı
  70. İsmayılova Səadət Zaman qızı
  71. Rüstəmova Fazifat İsrafilovna
  72. Əliyeva Aidə Faiq qızı
  73. Hacıyev Rahim Fəraiz oğlu
  74. Allahverdiyeva Aniyət Məhəmməd qızı
  75. Məmmədzadə Samirə Fərhad qızı
  76. Nemətov Füzuli Zakir oğlu
  77. Şahmirova Sevilə Şahmir qızı
  78. Həşimov Məhəmməd Qaik oğlu
  79. Mustafayeva Reyhan Əmirbala qızı
  80. Balabəyova Asiyat Baloğlan qızı
  81. Həsənova Adilə Xeyrullah qızı
  82. Rüstəmova Firuzə Səfərəli qızı
  83. Şixverdiyeva Mariya Xasmət qızı
  84. Məmmədov Xalid Hidayət oğlu
  85. Paşayeva Xətibə Məcid qızı

Sebuhi Memmedli lent.az