Axtarış
The search found 105830 results in 0.027 seconds.
Search results
Almaniya islam ölkəsinə çevrilir - Mayer
Uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanlar kütləvi şəkildə Almaniyaya mühacirət edir, hərçənd ki, almanlar xaricdə tez-tez xilas yolları axtarırlar.
Muxalifet.az xəbər verir ki, bu barədə Avstriyada dərc olunan “Kontra Maqazin” jurnalındakı yazıda bildirilir.Muxalifet3 - 20-11-2019
Gürcüstanda müxalifət liderləri Baş Prokurorluğun giriş qapısını qıfıllayıblar
Birləşmiş müxalifət paytaxt Tbilisidə Baş Prokurorluq binası qarşısında aksiya keçirir. Muxalifet.az xəbər verir ki, etiraz aksiyasının içtirakçıları Baş Prokurorluğun qapısını qıfıllayıblar. Onlar ilk öncə qıfılı Prokurorluğun qapısına vurmaq istəsələr də polis buna imkan verməyib. Ancaq aksiya iştirakçıları idarənin giriş qapısına qıfıl asmağı bacarıblar. Hal-hazırda Baş Prokurorluğun qarşısına çox sayda hüquq mühafizə əməkdaşları cəlb olunub. Muxalifet.az
Muxalifet3 - 20-11-2019
İrandakı iğtişaşların arxasında bu ölkələr durur - RUHANİ DANIŞDI
İran prezidenti ölkədəki iğtişaşlara görə İsrail və ABŞ-ı günahlandırıb.
Həsən Ruhani bildirib ki, məqsəd ölkənin təhlükəsizliyini pozmaq olub:
"İğtişaş törədənlər plan üzrə hərəkət edərək silahlanmışdılar. Lakin İran xalqı qalib gəldi. Son iki ildə İrana hədsiz sanksiya tətbiq edənlər ölkənin təhlükəsizliyini pozmaq istəyirdilər. Lakin onlar istəklərinə çatmadı".
Ruhani əlavə edib ki, milli maraqlara qarşı kiçik qrup çıxmışdı: "Küçələrə çıxanların az qismi iğtişaş törətdi".Muxalifet - 20-11-2019
Ərlərinə cavan qız alan qadınlar - Azərbaycanda çoxarvadlılıq artır?
Xəbər verdiyimiz kimi, televiziya məkanında daha bir qəribə hadisə yaşanıb. Yaşlı qadın öz həyat yoldaşına cavan qız aldığını deyib.
Hadisənin üstü "Zaurla Günaydın" proqramında açılıb. Qadının bu addımı aparıcıları və digər qonaqları şoka salıb. Belə ki, efirdə “Talış nənələri” qrupunun ifaçılarından olan Həlimə adlı qadın həyat yoldaşını cavan qızla evləndirdiyini deyib.
Muxalifet - 20-11-2019
Rusiya ilə müharibənin 2 SSENARİSİ – “Kütləvi hücum ciddi risk daşıyır”
Çinin ekspansiya məkanını məhdudlaşdırmaq, faktiki əlçatmaz kimi görünür. Ona görə də, ABŞ, ilk növbədə Arktika başda olmaqla, Rusiyanı geosiyasi təsir məkanı ilə birlikdə özünə tabe etdirməyə cəhd göstərir. Çünki Rusiya öz təbii resurslarıyla 21 əsrin Eldoradosuna çevrilir. Deməli, qarşıda müharibə var?
Muxalifet - 20-11-2019
Rusiyanın Suriyada səs-küylü qələbəsi müvəqqətidir...-Təhlil
Foreign Policy, ABŞ
Muxalifet3 - 20-11-2019
82 yaşlı Zeynəb Xanlarova: "O kişi sənətkarın kişiliyi..." - VİDEO
Efirlərə çıxmayan, mətbuatdan uzaq gəzən Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Tanınmış aşıq Namiq Fərhadoğlu 82 yaşlı sənətçi ilə görüşüb-söhbətləşməyə müvəffəq olub. O, yaddaqalan görüşün kadrlarını instaqram səhifəsində paylaşıb. Xalq artisti əvvəlcə heç kimi qəbul etmək istəmədiyini desə də, qonağının Namiq Fərhadoğlu olduğunu biləndə fikrindən vaz keçib. O, "Kişi sənətkarın kişiliyi və mərdliyi var ha, bax onu yüksək qiymətləndirirəm, sən Azərbaycanın əsl mərd kişisisən", - deyə müğənni aşığa tərif yağdırıb.//Publika
Muxalifet - 20-11-2019
BAKIDA HƏR GÜN QANUNSUZ YIĞILAN YÜZMİNLƏR – Dövlət qurumlarının bacarmadığı bu biznesin arxasında kim durur?
“2018-ci ilin aprel ayından etibarən bütün parklanma yerləri, dayanacaqlar və s. Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Bakı Şəhər İcra Hakimiyyətində (BŞHİ) parklanmaya cavabdeh qurum ləğv olunub”. Bunu “AzPolitika.info”-nun informasiya sorğusuna cavabında BŞİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov bildirib.
Muxalifet - 20-11-2019
Bakıda “Əl-Qaidə” və “Cundu Şam” terror qruplaşmalarının iki üzvü məhkəmə qarşısında - “SURİYAYA SAVAB ƏMƏLLƏR ÜÇÜN GETMİŞDİK...”
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Qəbələ rayon sakini Əfqan Aslanov və Yevlax rayon sakini Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada “Cəbhət-ən Nusra” (“Əl-Qaidə” terror qruplaşmasının Suriya özəyi”) və “Cundu Şam” adlı radikal dini qruplaşmaların tərkibinə qoşulublar, təlimlərdə iştirak ediblər, silahla təchiz olunublar. Sonradan Azərbaycana qayıdıblar. Hər iki şəxs 2019-cu ildə həbs ediliblər.
Muxalifet - 20-11-2019
Elçin Əlibəylinin xanımı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ
Bir həftədir bir-birinin ardınca tanınmış teleaparıcı Elçin Əlibəyli ilə bağlı mənfi xəbərlər medianın gündəmindən düşmür. Gah aparıcının televiziyadan qovulduğunu yazırlar, gah da həyat yoldaşı tərəfindən döyüldüyünü. Nə baş verir? Bu suallara E.Əlibəylinin xanımı Dilrubə Vaqifqızı cavab verib. - Dilrubə xanım, həyat yoldaşınızla bağlı hər gün yeni xəbər yazılır və sizin də adınız hallanır. Nə baş verdiyini izah edə bilərsinizmi? - Əslində Elçin də, mən də dünəndən yetərincə açıqlama vermişik. Araşdırırıq görək bu olmayan şeyləri kim və hansı məqsədlə yayır.
Muxalifet - 20-11-2019
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur
Müştəriyönümlu strategiyası ilə seçilən “Nar”, təklif etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı olaraq inkişaf etdirir. Mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini istənilməyən qoşulmalardan da qoruyur.
Muxalifet4 - 20-11-2019
Həbib “İnstaqram”dan bu qədər qazanırmış
UFC çempionu Həbib Nurməhəmmədovun “İnstagram”dan nə qədər qazandığı açıqlanıb. Muxalifet.az xəbər verir ki, idmançı Rusiyada "İnstagram" reklamlarından ildə 570 min dollar qazanır. Bununla da o, ilk 7-liyə düşməyi bacarıb. Qeyd edək ki, reytinqdə 1-ci yerdə televiziya aparıcısı Kseniya Sobçak olub - 1,6 milyon dollar.
Muxalifet - 20-11-2019
Bələdiyyə üzvlüyünə namizədlərin DİQQƏTİNƏ: Vaxt bitir
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsilə bağlı ayrılan müddət başa çatır.
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin qeydə alınması üçün verilən müddət 2019-cu il noyabrın 22-si saat 18:00-da sona çatır.
Muxalifet - 20-11-2019
“Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər, fikirləri düzgün anlaşılmır”
“Heç bir deputat məndən inciməyib. Biz ildə uzağı bir işə baxa bilərik”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Oxu.az-a müsahibəsində deyib.
O, “Üzrsüz səbəblərdən parlamentin iclaslarına gəlməyən deputatların məsələsinə Komissiyada baxanda heç həmin millət vəkilləri sizdən inciyirlərmi?” sualına belə cavab verib:
Muxalifet - 20-11-2019
İlham Əliyevdən bu şəxslərlə bağlı MÜHÜM SƏRƏNCAM - SİYAHI
Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet - 20-11-2019
Prezident Namiq Mənaya "Tərəqqi" medalı VERDİ
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir sıra şəxslər təltif ediliblər. Muxalifet.az-ın məlumatına görə təltif edilənlər arasında məşhur bədihəçi Əliyev Namiq Həsən oğlu da (Namiq Məna) var. Belə ki, ölkə rəhbərinin sərəncamı ilə Namiq Məna "Tərəqqi" medalı ilə təltif edib
Muxalifet - 20-11-2019
Müğənnilər vergini necə ödəməlidir? – Şərtlər
Bir neçə gün əvvəl Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 1-ci oxunuşda qəbul edilib. Dəyişikliklər arasında müxtəlif sahələrdə çalışan vətəndaşların vergi öhdəliklərinə yenidən baxılması ilə bağlı məqamlar da yer alır.
Muxalifet - 20-11-2019
Müsəlman ölkəsindən ABŞ-a qarşı ŞOK ÇAĞIRIŞ: Dərhal...
İordaniya Parlamenti Fələstin Komitəsinin sədri Yəhya əs-Süud ərəb ölkələrini İsrailin işğalını dəstəkləyən ABŞ-la əlaqələri kəsməyə çağırıb. Muxalifet.az xəbər verir ki, sədr ABŞ-ın İsrailin Qərbi Şəriədə saldığı yəhudi qəsəbələrini qanuni qəbul etmək qərarının yeni addım olmadığını bildirib. “Mənə görə və İordaniya xalqının nəzərində ABŞ bölgədə sülhün dəstəkçisi deyil, işğalın ortağıdır. Özünü bölgənin polisi kimi aparan ABŞ-ın qaranlığın tərəfində mövqe tutduğu bəllidir.
Muxalifet - 20-11-2019
Lütfulla Rzayev gəlininin qarşısında qurban kəsdi, barəsində cinayət işi açıldı və...
Rusiyanın Sankt-Peterburq şəhərində oğluna toy edən azərbaycanlı Lütfulla Rzayev gəlinin ayağının altında qoyun qurban kəsdiyinə görə saxlanılaraq deportasiya elan edilib.
Virtualaz.org Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı barəsində Cinayət Məcəlləsinin 213-cü – “xuliqanlıq” maddəsilə cinayət işi açılıb, 3 il müddətində Rusiyada yaşamaq hüququndan məhrum edilib.
Muxalifet - 20-11-2019
SON DƏQİQƏ: Azərbaycanda polis ürək nahiyəsindən BIÇAQLANDI
Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 20-11-2019