Axtarış
The search found 105828 results in 0.03 seconds.
Search results
Vilayət Eyvazovdan mühüm əmr
Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.
O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.
Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib.
Muxalifet - 16-11-2019
5 gün əvəzinə 3 gün tətil - Şagirdlərin istirahət hüququ niyə pozulur?
Xəbər verdiyimiz kimi bu gündən etibarən orta məktəblərdə 5 günlük payız tətili başlayır. "Yeni Sabah" bildirir ki, bu barədə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov şagirdlərin istirahət hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, ən azı 7 gün tətil olmalıdır: “Orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu o deməkdir ki, tədris müddəti 34 həftədir. Həmən müddətdə şagirdlər iki dəfə tətil hüququna malikdirlər.
Muxalifet - 16-11-2019
Türkiyə ABŞ-dan «bərk inciyəcəyini» vəd edir – “Bunu onillərlə unutmayacağıq”
Türkiyə prezidenti administrasiyasının əlaqələr idarəsinin başçısı Faxrettin Altunun «The Washington Examiner» Amerika nəşrində dərc etdirdiyi məqalədə deyiir ki, Kürd Fəhlə Partiyasının (terrorçu PKK) «Suriya qanadı»nın başçısı, kürd general Məzlumun Amerika Birləşmiş Ştatlarına (ABŞ) dəvət olunması sadəcə diplomatik səhv yox, həm də bu «qanlı təşkilat»ın minlərlə qurbanının xatirəsinin təhqir olunması deməkdir. Bu barədə noyabrın 15-də «Anadolu» agentliyi xəbər verib.
Muxalifet - 16-11-2019
Bakıda “Mitsubishi” beton plitəyə çırpıldı - Xanım sürücü öldü
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Muxalifet - 16-11-2019
Daha bir aparıcı ATV-də ayrıldı – Ona vəzifə verildi
Tanınmış telejurnalist, aparıcı Ariz Tarverdiyev yeni vəzifəyə təyinat alıb.
Muxalifet.az "Trend”ə istinadən xəbər verir ki, jurnalist "AzerGold" QSC-nin mətbuat katibi təyin olunub. A.Tarverdiyevin sözlərinə görə, o, bir neçə gündür ki, vəzifəsinin icrasına başlayıb.Qeyd edək ki, A.Tarverdiyev ATV-də müxbir, Xəbər informasiya proqramı və "ATV Aktual" ictimai-siyasi verilişinin aparıcısı olub
Muxalifet - 16-11-2019
Televiziyaları bərbad günə qoyanların adları açıqlanmalı və onlar cəzalandırılmalıdırlar - XALQ ARTİSTİ
Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Təəssüf ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Muxalifet.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. “Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır.
Muxalifet - 16-11-2019
Qarabağ danışıqları dalana dirənib-sabiq erməni rəsmisindən BƏYANAT
Heç kim deyə bilməz ki, biz öz vaxtımızda vacib məsələlərə barmaqarası baxmışıq. İndiki hökumətin siyasəti göstərir ki, onlar bu məsələdə əvvəlki hakimiyyətin yolunu gedirlər.
Muxalifet.az "tert.am" saytına istinadla bildirir ki, bu haqda Ermənistanın keçmiş müdafiə naziri müavini Artak Zakaryan jurnalistlərə müsahibəsində deyib.Muxalifet3 - 16-11-2019
Yeni icra başçısı birinci müavini işdən çıxardı
Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib. Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi. Hazırda onun yerinə təyinat yoxdur.
Muxalifet - 16-11-2019
Əli Əsədov əmr imzaladı: Bu şəxslərə hər saat üçün 15 manat veriləcək
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası”nı təsdiqləyib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Muxalifet - 16-11-2019
Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ – FOTO
Lerik Rayon Mərkəzi Xəstəxanasının həkimi Əfrail Ağayev vəfat edib. Publika.az xəbər verir ki, xeyli vaxtdır rayon xəstəxanasında nevropotoloq kimi çalışmış Ə.Ağayev xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Ə.Ağayev rayonda bacarıqlı həkim kimi tanınırmış və böyük hörmət sahibi olub. Allah rəhmət eləsin.
Muxalifet - 16-11-2019
SON DƏQİQƏ: İki vəzifəli şəxs işdən çıxarıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri davam etdirir.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə aşağıda adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədrinin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər:
Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu
Muxalifet - 16-11-2019
Əhaliyə ŞAD XƏBƏR: Bu xidmət də ASAN-a verilir
“İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları” “ASAN xidmət”ə verilir.
Bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə texniki şərtlərin “ASAN xidmət”ə verilməsi nəzərdə tutulur:
“Hazırda bu istiqamətdə işlər aparılır. Bununla bağlı bir sıra texniki məsələlər həll edilməlidir. Əməkdaşlarımızın orada yerləşdirilməsi, onların müqaviləsi və başqa məsələlər həll olunmalıdır. Daha sonra bu şərtlər “ASAN xidmət”ə veriləcək”.Muxalifet - 16-11-2019
Bakıda universitetdə müdir işləyən qadını maşın vurub öldürdü
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda keçinib. "Report"un əldə etdiyi məlumata görə, Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir.
Muxalifet - 16-11-2019
DYP-dən jalüz və plyonka açıqlaması – Söz-söhbətə son qoyuldu
Nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür". Muxalifet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib. O bildirib ki, hələlik məsələ baxılma ərəfəsindədir və buna görə də cərimə tətbiq olunmur: "Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsindədir.
Muxalifet - 16-11-2019
Fransa İŞİD-çi vətəndaşlarını ölkəyə buraxmır, Mövlud Çavuşoğlu cavab olaraq...
ABŞ-ın paytaxtı Vaşinqtonda terror təşkilatı İŞİD-ə qarşı koalisiya ölkələrinin XİN nazirlərinin iştirak etdiyi iclasda İŞİD-çilərin gələcək taleyi barədə müzakirələr nəticəsiz qaldı. ABŞ Avropa ölkələri vətəndaşı olan İŞİD-çilərin geri qəbul edilməsini tələb etsə də, xeyli sada vətəndaşı İŞİD sıralarında olan Fransa bundan imtina edərək terrorçu vətəndaşlarının İraqda mühakimə olunmasını istədi.
Muxalifet3 - 16-11-2019
Gürcüstan Patriarxı II İliya David-Gareji məsələsi haqda danışdı
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Azərbaycanın paytaxtı Bakıda keçirilən dünyanın dini liderlərinin Zirvə toplantısının iştirakçılarına salamlarını çatdırıb.
Gürcüstan Patriarxı təbrikində David-Gareji məsələsinə toxunub.Muxalifet3 - 16-11-2019
SON DƏQİQƏ: İctimai nəqliyyatın və taksilərin qiyməti artır?
Xəbər verdiyimiz kimi ötən həftə Azərbaycanda maye qazın (LPG) satış qiyməti 45 qəpikdən 65 qəpiyə qaldırıldı.
Bəs mayə qazın qiymətindəki artım əlaqədar seqmentlərə təsir edəcəkmi?
Bu barədə iqtisadçı ekspert Akif Nəsirli “Yeni Sabah”a bildirib ki, bu inflyasiya təzyiqlərini artırmağa səbəb olacaq:Muxalifet - 16-11-2019
Nazarbayevin qızı erməni pezidentlə - Armen Sarkisyanla bir arada
Ermənistan Prezidenti Armen Sərkisyan ölkəsində rəsmi səfərdə olan Qazaxıstan Senatının sədri Dariqa Nazarbayevanı qəbul edib.
Muxalifet.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və digər məsələlər müzakirə olunub.
Tərəflər Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın perspektivli sahələri üzrə birgə işçi qruplarının yaradılması razılığına gəliblər.
Nazarbayeva Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin gələn il Ermənistana səfər edəcəyini bildirib və xoş qarşılanmaya görə Sərkisyana təşəkkür edib.Muxalifet3 - 16-11-2019
““Gürcü Arzusu” metastaz verib, dağılmaq üzrədir” – AZƏRBAYCANLI DEPUTAT
Muxalifet.az xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov son günlər Gürcüstanda keçirilən aksiyalarla bağlı “Hürriyyət”in sullarını cavablandırı. Azərbaycanlı deputat bildirib ki, artıq bu prosesi hec cür saxlamaq mümkün deyil: “Bu gün artıq “Gürcü Arzusu” Partiyası parlementdə azlığa çevrildi. Çünki 8 nəfər deputat dünən partiyadan çıxdı. Özü də elə insanlar çıxdı ki, onlar beynəlxalq komitələrin sədrlərdir, hüquqşünaslardır, komitə sədrliklərini təhvil verdilər.
Muxalifet4 - 16-11-2019
13 nəfər saxlanılıb
Dünən respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb. Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
Muxalifet - 16-11-2019