Axtarış

The search found 105828 results in 0.053 seconds.

Search results

  1. ABŞ mətbuatı yazdı - AMERİKANIN ZƏİF NÖQTƏSİ...

     “Neşnl İnterst” (National Interest – NI) nəşri ABŞ Dəniz qüvvələri pilotlarının rusiyalı və çinli rəqiblərinə üstün gələ biləcək qabiliyyət sahibi olmadıqlarını yazıb. Nəşrə müsahibə verən dənizçi zabit Qraham Skarbro  F/A-18 qırıcılarının pilotlarının yüksək texnologiyalı hərbə güclü şəkildə hazırlaşmaları üçün təlim zamanı daha çox sayda raket atmalı olduqlarını bildirib.

    Muxalifet - 15-11-2019

  2. “Müğənnilərə özünüz o pulu verirsiniz, sonra da...” – “Vergi qalmaqalı”na cavab

    Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən keçrilən iclasında deputat Qüdrət Həsənquliyev müğənnilərə tətbiq olunan vergi məsələsinə toxunub. Millət vəkili həmin verginin artırılmalı olduğunu deyib.

    Muxalifet - 15-11-2019

  3. Gənc oğlan heyvan bazarında ölümcül döyüldü - Azərbaycanda

    Bərdə rayonunda gənc oğlan döyülüb.

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun heyvan bazarında baş verib.

    Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.

    Muxalifet - 15-11-2019

  4. Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...

    İsrail müəxəssisləri bu ölkənin hərbi donanmasının silahlanmasında yer alan “Saar 4.5.” raket katerlərini yeniləmək üçün yeni kiçik korveti layihələndirir. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, “Israel Shipyards Ltd” özəl tərsanəsi İsrail Müdafiə Nazirliyi ilə bu barədə müqavilə bağlayıb. Yeni gəmi “Reshef” adı daşıyacaq. “Naked Science” portalı qeyd edir ki, yeni gəmi üçün baza kimi “Saar 72” layihəli korvet seçilib. “Israel Shipyards Ltd” şirkəti həmin gəmiləri ixraca yönəldir. İlkin məlumatlara görə yeni korvet 800 ton standart su tutumuna malik olacaq.

    Muxalifet - 15-11-2019

  5. Gömrük əməkdaşları Naxçıvanı Azərbaycandan ayırıb? – Prezidentə şikayət

    Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib?
    Son dövrlər yenidən gömrükdə rast gəlinən neqativ halların, gömrük orqanlarından şikayətlərin artması müşahidə olunmaqdadır. Bununla bağlı demək olar ki, hər gün mətbuatda yazılar dərc olunur. Gömrük əməkdaşlarının bir çoxunun vətəndaşlarla kobud rəftarı, onlardan əsassız rüsumlar tələb etməsi, verməyənlərin mallarının qanunsuz olaraq əllərindən alınmasına dair çoxsaylı iddialar, faktlar var.

    Muxalifet - 15-11-2019

  6. Prezidentdən Sultan Dadaşovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Sultan Dadaşovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sultan Tofiq oğlu Dadaşov 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    Muxalifet - 15-11-2019

  7. Plyonka və pərdələrə qoyulan qadağa götürülməlidirmi? - SORĞU

    Plyonka və pərdələrə qoyulan qadağa götürülməlidirmi? - SORĞU

    Muxalifet - 15-11-2019

  8. Rəsmi Bakı Krımla bağlı BMT qətnaməsinin səsverməsində niyə iştirak etmədi? - AÇIQLAMA

    Bu ilin noyabrın 14-də BMT-nin üçüncü komitəsi çərçivəsində səsverməyə çıxarılan "Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti" adlı qətnamənin bəzi müddəaları Azərbaycanın xarici və daxili siyasəti ilə bağlı mövqeyinə uyğun gəlmədiyindən ölkəmiz səsvermədə iştirak etməyib.
    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.

    Muxalifet - 15-11-2019

  9. Kirayədə qalanlar MÜTLƏQ OXUSUN - Bakıda mənzil sahibi ola bilərsiniz

    İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzillərlə bağlı müraciətlərin qəbuluna gələn ildən başlanıla bilər.

    Artıq bununla bağlı qaydalar hazırlanıb. Hazırda fond tərəfindən mənzillərin alınması prosesi gedir.

    Maraqlıdır, satışa çıxarılacaq mənzillər hansı ərazilərdə olacaq?

    Bununla bağlı  açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, İpoteka və Kredit  Zəmanət Fondu özünün seçimi əsasında mənzilləri alır:

    Muxalifet - 15-11-2019

  10. İstirahət günlərinin HAVA PROQNOZU - YAĞIŞ, SULU QAR

    Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı və 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 15-11-2019

  11. Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramiz Quliyev vəzifəsindən azad olunaraq, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə rəis təyin olunub.

    Muxalifet.az xəbər verir ki, bu barədə "Axar.az"a DİN-dən məlumat verilib.

    Muxalifet - 15-11-2019

  12. Göygöldə dəhşətli qəza - ÖLƏN VAR

    Göygöl rayonunda yol qəzası baş verib. Hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb. Belə ki, "Niva" markalı avtomobil qəzaya uğrayıb. Nəticədə bir qadın hadisə yerində ölüb. Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Onların kimlikləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. //report

    Muxalifet - 15-11-2019

  13. Xamneyi: “Biz “İsrailin məhvi” dedikdə yəhudi xalqını yox, sionist rejimini nəzərdə tuturuq”

    “İsrailin məhv olunması adı altında biz şübhəsiz ki, sionist rejimin yox edilməsini və dünyanın Benyamin Netanyahu kimi cinayətkarlardan qurtulmasını nəzərdə tuturuq”.

    Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər İranın ali dini rəhbəri, Seyid Əli Xameneyi tərəfindən səsləndirilib.

    Onun sözlərinə görə, İsrailin məhvi, müsəlman, yəhudi və xristanlar da daxil olmaqla Fələstin xalqının öz müqəddəratını həll etmək və “Netanyahu kimi banditlərdən yaxa qurtarmaq” anlamına gəlir.

    Muxalifet - 15-11-2019

  14. Azərbaycanda korrupsuya haqda dövlətə xəbər ötürənə pul verilə bilərmi?

    “Təbii ki, korrupsiyaya qarşı mübarizədə ictimai müqavimət də mühüm roil oynayır. Dövlət qurumları ilə yanaşı vətəndaşların da bu prosesə cəlb olunması effektiv nəticə verə bilər”. 

    Bu sözləri Yenisabah.az-a keçmiş deputat Nazim Bəydəmirli Azərbaycanda da Ukraynada olduğu kimi korrupsiya xəbərçiləri haqda qanunun qəbul edilməsinə zərurət yaranıb-yaranmadığı barədə danışarkən deyib.

    Məlumat üçün deyək ki, sözügedən qanun Ukraynda ötən ay qəbul edilib. Bu günlərdə isə Ukrayna Prezidenti Vladimir Zelenski qanunu imzalayıb.

    Muxalifet - 15-11-2019

  15. Göygöldə “Niva” aşdı: Bacı öldü, qardaşı ağır yaralandı

    Göygöl rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb. İlkin məlumata əsasən, sürücü idarə etdiyi “Niva” markalı avtomobili aşırması nəticəsində maşında olan 1996-cı il təvəllüdlü Qocayeva Gülnur Fazil qızı həlak olub. 

    Onun qardaşı, 1992-ci il təvəllüdlü Qocayev Elnur Fazil oğlu və daha bir nəfər ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb.  

    Faktla bağlı araşdıma aparılır. /oxu.az

    Muxalifet - 15-11-2019

  16. AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı xüsusi sayt istifadəyə verilib

    AVRO-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib. 

    "Report" xəbər verir ki, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib. Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar AVRO-2020 ilə əlaqədar Bakıda təşkil olunacaq tədbirlərlə bağlı məlumat əldə edə, həmçinin ən son xəbərləri oxuya bilərlər.

    Muxalifet - 15-11-2019

  17. Rəfail Piriyev deportasiya edilir – QƏRAR VERİLDİ

    Qaçdığı Fransadan yenidən Almaniyaya gətirilən Rəfail Priyev adlı Azərbaycan vətəndaşının barəsindəki deportasiya qərarı icra ediləcək. Report xəbər verir ki, R.Priyev ötən gün Fransadan təyyarə ilə Almaniyanın Hamburq əyalətinə gətirilib. O, hazırda hava limanının yaxınlığında yerləşən "Deportasiya mərkəzi”ndə saxlanılır. R.Priyev mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib, onları təhqir etdiyi üçün tək nəfərlik kameraya köçürülüb. Yaxın günlərdə onun təyyarə ilə İtaliyaya deportasiya edilməsi gözlənilir.

    Muxalifet - 15-11-2019

  18. Məşhur qohumları ilə küsülü olan tanınmışlar -SİYAHI

    Şou-biznes nümayəndələrinin sənəti qədər şəxsi həyatları da tamaşaçılar üçün hər zaman maraqlı olub. Sənət aləmində bir-birinə qohum olan sənətçilərimiz də çoxdur. Onların bəziləri müəyyən səbəblər üzündən illərlə qohum həmkarlarından küsülü qalıb, hətta qohumluq əlaqələrini gizlədib. Lakin sonda əksəriyyət sənətçilər aralarında barışıq elan ediblər.

    Muxalifet - 15-11-2019

  19. Sürücülərin nəzərinə - Bu yolda sürət həddi endirildi

    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik.

    Muxalifet - 15-11-2019

  20. Türkiyə S-400 raketlərini Azərbaycanda yerləşdirəcək? - Politoloq açıqladı

    "Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşündə əsas müzakirə predmeti heç şübhəsiz S-400 raketləri idi. Amerikanın Türkiyəyə tələbi bəllidir: “Rusiyanın “S-400” raketlərindən imtina edin!”.

    Muxalifet - 15-11-2019

Pages