Axtarış
The search found 105828 results in 0.048 seconds.
Search results
Maduro dözdü, Morales qaçdı - Boliviyanı nə gözləyir?
Venesueladan sonra qarışan növbəti Latın Amerikası ölkəsində sabiq solçu prezident istefa verərək Meksikaya sığındı; Həmid Herisçi: “ABŞ Yaxın Şərqdə solçularla işləsə də, Latın Amerikasında əməkdaşlığı alınmır”
Venesueladan sonra qarışan növbəti Latın Amerikası ölkəsi Boliviya oldu. Birincidən fərqli olaraq, burada prezident tab gətirə bilmədi.
Sosialist Nikolas Maduro Venesuelada hakimiyyətini qoruyub saxlasa da, Boliviyanın sabiq solçu prezidenti Evo Morales artıq Meksikaya yola düşüb, orada sığınacaq alıb.
Muxalifet - 14-11-2019
Xaçmazda DƏHŞƏT - Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü
Xaçmazda gənc oğlanın parçalanmış meyiti tapılıb. Xaçmaz rayon Çarxı kəndi ərazisindəki dəmir yolu xəttində kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Ağacan Maqsud oğlunun çılpaq vəziyyətdə hissələrə bölünmüş meyiti dəmir yolu xəttinin arasında aşkar edilib. Meyitə baxış keçirilərkən məlum olub ki, A.Mehtiyevin ayaqları bədənindən ayrılıb, sağ ayaq meyitin yanında, sol ayağı isə meyitdən 32 metr kənarda aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, A.Mehtiyev yük qatarı ilə vurulub.
Muxalifet - 14-11-2019
Əli Əsədovdan yeni qərar: Nazirliyin kollegiya tərkibi dəyişdi
Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli 300 nömrəli qərarında dəyişiklik edilib. Muxalifet.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Muxalifet - 14-11-2019
Sabir Rüstəmxanlı qardaşının həbsindən DANIŞDI
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin alman polisi tərəfindən siyasi mühacir alverində şübhələnərək saxlanıldığı faktına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, S. Rüstəmxanlı apa-ya açıqlamasında bildirib ki, Almaniya hökuməti Əlövsət Əliyevdən qanunsuz miqrasiya işlərini görmək, vətəndaşların Almaniyaya daşınması səbəbi ilə şübhələnib: “Lakin Əlövsət Əliyev qanunsuz heç bir işlə məşğul olmayıb. Sadəcə ora gedən vətəndaşlarımıza kömək edib. Bu da vətəndaşlarımız xeyrinə olan bir şeydir”.Muxalifet - 14-11-2019
Bələdiyyə işçisi barəsində cinayət işi başlanıb – “Rüşvət alıb”
Quba bələdiyyəsinin komissiya üzvü Dəstəbəy Tərlanov barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, D.Tərlanova Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən kimi Quba Bələdiyyəsi tanınıb.
Muxalifet - 14-11-2019
Nuşirəvan Məhərrəmli: “Bəzən radio aparıcıları çox yersiz hərəkətlər edirlər”
“Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən mütəmadi olaraq radiolarla bağlı monitorinqlər aparılır. Bəzən xüsusi hallarda, məsələn, ictimai narazılıq yaranan zaman biz ayrıca olaraq, müəyyən dövr üçün xüsusi monitorinq aparırıq”. Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, son zamanlar Şurada telekanalların və radioların rəhbərləri ilə mütəmadi görüşlər keçirilir: “Telekanallarla bərabər, radiolarda da olan problemlərlə bağlı onlara öz tövsiyələrimizi çatdırırıq.
Muxalifet - 14-11-2019
Vilayət Eyvazov Qazaxa yeni DYP rəisi təyin etdi
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub. Muxalifet.az-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, əvvəlki rəis, polis mayoru Həsənov Eldəniz Maksim oğlu bir müddət əvvəlRayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.
Muxalifet - 14-11-2019
Azərbaycanlı mühacir Fransada saxlanıldı
Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb. Muxalifet.az xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin deportasiya qərarı çıxarılıb. Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.
Muxalifet - 14-11-2019
Lionel Messi: "Karyeramda yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm"
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi karyerasında yalnız bir dəfə rəqibdən forma istəyib.
Muxalifet - 14-11-2019
Bu da AzTV-nin keçmiş sədri Arif Alışanovun oğlu ilə gəlini - FOTOLAR
Azərbaycan Televiziyasının (AzTV-nin) sabiq sədri Arif Alışanovun oğlu ilə gəlinindən xəbər var. BiG.AZ Arif Alışanovun oğlu Mütəllim Alışanov və həyat yoldaşı Mədinə Mahmudovanın fotolarını əldə edib. Cütlük 2017-ci ildə ailə həyatı qurub. Toy mərasimi isə şəhərin bahalı restoranlarının birində baş tutub. Onların Raul adlı oğul övladı var. Qeyd edək ki, Mütəllim Alışanov iş adamı, "Elektra Events Hall" və "Enerji"nin rəhbəridir. Eləcə də, şəhərdə yerləşən bir çox məşhur restoranların sahibidir.
Muxalifet - 14-11-2019
Sahil Babayevin "ÖLÜM TACİRLƏRİ" - Nərmin Bayramova və Heybət İmanov haqda şok ittihamlar...
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin saxta təbəssümü timsahın məsum gözyaşlarına bənzəyir. O, bu yolla korrupsiyalaşan fəaliyyətini və qanunsuz əməllərini ört basdır etməyə çalışır. Sahil Babayevin bu cür fitri istedadı şeytanı belə qısqandırar. Onun fəaliyyətini təhlil etdiyimiz zaman açıq-aydın görünür ki, gənc nazir ölkənin birinci ailəsinin ətrafında səmimi vizual görüntü yaratmaqla həm ictimaiyyət arasında, həm də dövlət dairələrində özünə toxunulmazlıq qazandırmağa çalışır.
Muxalifet - 14-11-2019
Bakı sakinləri üçün ŞAD XƏBƏR
Bakı və Bakıətrafı ərazilərdə binalara istilik sisteminin verilməsi məqsədilə qazanxanalar vaxtından əvvəl işə salınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.Muxalifet - 14-11-2019
Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - VİDEO
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, mətbuat konfransı vaxtı jurnalistin "Suriyalıların vətənlərinə qayıtması məsələsini avropalı liderlərlə müzakirə etmək imkanınız oldumu?" sualına Trampın yanlış cavabına Ərdoğan müdaxilə edib. Belə ki, Tramp Türkiyənin suriyalıların vətənlərinə dönməsi üçün dörd milyard dollar xərclədiyini deyib. Ərdoğan isə Trampın sözünü kəsərək, bunun dörd deyil, 40 milyard dollar olduğunu bildirib.
Muxalifet - 14-11-2019
ADAU-dan yeni XƏBƏR var – Rektorun “333”ləri, villaları, mənzilləri və…
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-red) professor-müəllim heyəti tərəfindən Demokratik.az-a növbəti şok bilgilər gəlib. Hurriyyet.org xəbər verir ki, sayta ötürülən məlumatlarda bildirilir ki, təyinatından bəri demək olar ki, hər gün şəffaflıqdan, özünün rüşvətsiz və korrupsiyasız idarəçiliyindən dəm vuran ADAU rektoru elə də kasıb deyilmiş. Əksinə, ölkəmizin yeganə təhsil ocağının rəhbəri lüks və eyş-işrətli həyat tərzi sürürmüş.
Muxalifet - 14-11-2019
Azərbaycanda istilik qiymətləri artırılır? - RƏSMİ
Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır və bu da onun sosial əhəmiyyəti ilə bağlıdır.
Muxalifet.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, həmin zərər müəyyən formada aradan qaldırılır. Qeyd edib ki, hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz: "Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".Muxalifet - 14-11-2019
ŞOK: Tünzalə Ağayeva 2 milyon insanı TƏHQİR ETDİ - "Zir-zibil istəmirəm" - VİDEO
Xalq artisti Tünzalə Ağayeva AVTO FM-in "Nigarla Günorta Şousu" verilişinin qonağı olub.
Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, veriliş ərzində bir çox mövzulara toxunan müğənni bəzi izləyicilərdən xeyli narazı olduğunu bildirib.
Bununla yanaşı, xalq artisti sosial şəbəkədə gündə onlarla insanı qara siyahıya atdığını etiraf edib və hətta onları zir-zibil adlandırıb:Muxalifet - 14-11-2019
“FHN-nin ləğvi səmərəli idarəçiliyə gətirib çıxaracaq” - AÇIQLAMA
Azərbaycan hakimiyyətinin apardığı struktur dəyişiklikləri ictimai-siyasi çevrələr ən müxtəlif təkliflər irəli sürür. Təkliflər əsasən bir-birini təkrarlayan, fəaliyyətinə zərurət olmayan qurumların ləğvi yaxud uyğun dövlət strukturlarının tabeliyinə verilməsilə bağlıdır. Məsələn, ekspertlər hesab edir ki, Dövlət Gömrük Komitəsinin ayrıca qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Yeri gəlmişkən, bir müddət əvvəl bu qurumun Vergilər Nazirliyinə birləşdiriləcəyi deyilirdi. Lakin bunun əksi baş verdi.
Muxalifet - 14-11-2019
Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ - ABŞ-dan ŞOK QƏRAR
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə baş tutan görüşdən sonra gözlənilməz hadisə olub. Konqresin demokrat senatoru Bob Menendez 1915-ci ildə Osmanlıda baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyan qərar layihəsinin məclisdə səsverməyə çıxarılmasını tələb edib. Respublikaçı senator Lindsi Qraham isə səsverməni veto edib. O, verdiyi açıqlamada “Qısa müddət əvvəl Türkiyənin hərbi əməliyyatına görə Suriyada qarşılaşdığımız problemlər haqqında prezident Ərdoğan və Tramp ilə görüşdüm.
Muxalifet - 14-11-2019
Prezident “Heydər Əliyev” ordenini Şeyxülislama təqdim etdi
Bakıda Dünya dinil iderlərinin II Sammiti zamanı Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı oxunub.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.
Muxalifet - 14-11-2019
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu - VİDEO
Həyata keçirdiyi sosial əhəmiyyətli layihələri ilə seçilən “Nar”, böyük uğura imza ataraq beynəlxalq səviyyəli müsabiqədə mükafata layiq görülüb. Belə ki, noyabrın 12-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinin mükafatlandırma mərasimində “Nar”ın “Təlim Məktəbi” layihəsi “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. Qeyd edək ki, bu nominasiya uğrunda mübarizədə mobil operator “Nestle” və “Volkswagen” kimi nüfuzlu şirkətlərin layihələrini geridə qoyaraq birincilik əldə edib.
Muxalifet4 - 14-11-2019