Axtarış
The search found 105828 results in 0.042 seconds.
Search results
Türkiyə 29 İŞİD-çini Azərbaycana göndərəcək
Türkiyə bu ayın sonunadək deportasiya edəcəyi xarici mənşəli İŞİD-çilərin siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 959 İŞİD-çinin adının olduğu siyahıda azərbaycanlılar da var:
Rusiya – 99
Almaniya -17
Ukrayna -4
Hollandiya -3
Fransa -2
Danimarka -2
Avstriya – 2
Kosova – 2
Bolqarıstan – 2
Rumıniya -1
Albaniya – 1
Özbəkistan -82
Azərbaycan -29
Qırğızıstan -23,
Tacikistan – 21
Misir – 13
Əfqanıstan -11
Tunis -10
Muxalifet - 13-11-2019
Kadırov Gürcüstana yol istəyir
Çeçenistan rəhbəri Ramzan Kadırov Gürcüstana birbaşa yolun açılmasını istəyir.
Muxalifet.az Rusiya mediasına istinadən xəbər verir ki, Kadırov İtum-Kali kəndindən Gürcüstana getmək üçün 40-50 dəqiqə vaxt itirildiyini deyib:
Muxalifet - 13-11-2019
"Real Madrid" TÜRK FUTBOLÇU üçün hərəkətə keçdi - Zidanın "radarına" düşüb
“Real Madrid” klubu Türkiyə millisi və “Lille”nin istedadlı futbolçusu Yusuf Yazıcının (22) xidmətində maraqlıdır. Klub skautlarını AVO-2020 seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - İslandiya milli matçına Yazıcını izləmək üçün göndərib. Mövsümün əvvəlində “Trabzonspor”dan 16,5 milyon avro qarşılığında transfer olan Yusuf Zinəddin Zidanın “radar”ına düşüb. Transfer etdiyi ulduz futbolçulardan faydalana bilməyən Zidanın hücum xəttinə yaradıcılıq qatmaq üçün hazırladığı siyahının başında Yazıcının olduğu bildirilir.
Muxalifet - 13-11-2019
Zaurdan qəribə açıqlama - "İndiyə kimi atamın məzarını ziyarət etməmişəm"
Məşhur teleaparıcı Zaur Baxışəliyeva atası ilə bağlı bəzi məqamları açıb.
Muxalifet.az azxeber.com-a istinadən xəbər verir ki, Zaur aparıcılıq etdiyi "Bizimləsən" verilişində indiyə kimi atasının məzarın ziyarət etmədiyini bildirib.
O səbəbini belə izah edib:Muxalifet - 13-11-2019
11 yaşlı azərbaycanlı istedad Cenevrə Konservatoriyasına dəvət alıb
11 yaşlı Ləmanın musiqiyə gəlişi təsadüfi olsa da, onun bu seçimi özünü doğruldub.
İndi Ləman təhsil üçün Cenevrə Konservatoriyasına dəvət olunub.
Anasının xəstəliyi ilə bağlı ailənin xərcləri böyükdür, ona görə də ailə Ləmanın xaricdə təhsilinə pul ayıra bilmir.
Ailəsi maddi məsələlərin qarşılanması üçün prezident təqaüdünə də müraciət edib.
Ləman deyir ki, bəzən yorulur, amma musiqini atmağı düşünmür.
Muxalifet4 - 13-11-2019
Məmurlara necə nəzarət edə bilərsiniz?- BAKIDA SORĞU
Prezident İlham Əliyev məmurlarla görüşündə vətəndaşların ictimai nəzarətindən danışıb. O, vətəndaşlardan "əyri yola gedən rəhbər şəxslər" haqda məlumat verməyi istəyib. "BBC News Azərbaycanca" bu haqda Bakı sakinlərindən soruşub. Vətəndaşlar məmurların fəaliyyətinə necə nəzarət edə bilər?
Muxalifet4 - 13-11-2019
Rusiya əhalisi 2099-cu ildə 65 milyona düşəcək və Moskvada cəmləşəcək
"inosmi.ru,Sohu"
Rusiya dünyanın ən böyük dövlətidir, ərazisi 17,09 milyon kvadrat kilometrdir. Eyni zamanda, 12 milyon kvadrat kilometr ərazini tutan Uzaq Şərqin Sibir ərazisi boşdur və ölkənin 5 milyon kvadrat kilometrlik hissəsində (dünyada 9-cu yer) qalan 140 milyon insan yaşayır.
Həm də Rusiya dünyada əhali artımı mənfiyə doğru gedən azsaylı ölkələrdən biridir.Muxalifet3 - 13-11-2019
Rusiyalı hakerə ABŞ-dan ittihamlar
İsraildən ABŞ-a ekstradisiya edilən rusiyalı Aleksey Burkov ittiham olunduğu Virciniya ştatındakı federal məhkəmə qarşısına çıxarılıb.
ABŞ Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, 29 yaşlı Burkov dələduzluq, şəxsi məlumatların oğurlanması, pulların yuyulması və kompüter sistemlərinə hücumlar, habelə bu cinayətlərin törədilməsi üçün konspirasiyada ittiham olunur.
Muxalifet4 - 13-11-2019
"Ərdoğanla hər görüşündə əlini çiyninə qoyan Tramp bu dəfə..." - POLİTOLOQ
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə keçirilən görüşün detalları bütün dünyanı diqqət mərkəzindədir.
Muxalifet4 - 13-11-2019
"Dağlıq Qarabağda status-kvo ermənilərin xeyrinədir"- erməni professordan həyasız açıqlama
Erməni-Rusiya univeristetinin kafedra müdiri Arman Navasardyan bildirib ki, Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin" 3 tərəfin - Azərbaycan, Ermənistan və qondarma “DQR” in- razılığı ilə həll olunması variantını doğru sayır. Muxalifet.az bu barədə tert.am-a isinadla xəbər verir. O hesab edir ki, qondarma “Dağlıq Qarabağ” məsələsinin indi həll olunması real deyil və vəziyyətin indiki “status-kvo”da saxlanılması ermənilərin xeyrinədir. "Əsas odur ki, status-kvo dəyişməsin və o nə qədər uzun müddət davam etsə, o qədər də Ermənistanın xeyrinədir.
Muxalifet3 - 14-11-2019
"Diqqətsiz Rusiya yeni bir müharibə başlada bilər"- Rusiya bu sözlərə görə NOTA VERDİ
Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın XİN-ə nota verib. Notanın səbəbi Birləşmiş Krallığın müdafiə ştabının rəhbəri Nik Karterin “Rusiyanın yeni müharibə törədə biləcəyi” sözləridir.
Diplomatların dediyinə görə, söhbət Karterin televiziya proqramında dediyi sözlər və qəzetin “Diqqətsiz Rusiya təsadüfən yeni bir müharibəyə başlaya bilər” sərlövhəli məqaləsindən gedir.Muxalifet3 - 14-11-2019
SON DƏQİQƏ: Cəbhə xəttindəki hərbi hissədə ARDICIL PARTLAYIŞLAR - Yaralılar var
Türkiyənin Şanlıurfa şəhərində yerləşən hərbi hissənin silah-sursat saxlanılan bölümündə baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb. Bildirilib ki, yerli vaxtla saat 22.50-də meydana gəlmiş partlayış nəticəsində baş vermiş yanğın artıq nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan 17 nəfərdən biri adi vətəndaş, 16-sı isə hərbi qulluqçudur. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma başladılıb.
Muxalifet - 14-11-2019
ŞOK: Polkovnikin oğlu qadınlara hücum etdiyi üçün HƏBS EDİLDİ - FOTO
Bir müddət əvvəl Bakıda qadınlara qənim kəsilən gənc həbs olunub. Həmin gənc müxtəlif adlarla yaxınlaşır, yaralayır, qarət edirmiş. Muxalifet.az Criminal.az-a istinadən xəbər verir ki, onun qurbanlarından biri Sumqayıt sakini Sevinc Qənimovadır. Həmin xanım təzə tanış olduğu Orxan adlı şəxs tərəfindən avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində kirayələdiyi evdə bıçaqlanıb. Yeni sevgilsi münaqişə zəminində çoxsaylı bıçaq zərbələri ilə onu kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb. Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Muxalifet - 14-11-2019
Kollecdə SİLAHLI ATIŞMA: Ölü və yaralılar var
Rusiyada silahlı insident qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, atışma Blaqoveşensk şəhərində fəaliyyət göstərən kollecdə baş verib.
Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsindən verilən məlumata görə, nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb.
Polis hücumçuların iki gənc olduğunu bildirsə də, onların şşəxsiyyəti müəyyən edilməyib.Muxalifet - 14-11-2019
“Qondarma “erməni soyqırımı” məsələsində alnımız açıq, üzümüz ağdır” – Ərdoğan
“Qondarma erməni soyqırımı məsələsi ilı bağlı 104 il öncə müharibə şəraitində baş verən hadisələrdə qərar verənlər siyasətçilər deyil, tarixçilər olmalıdır. Bizim bu məsələdə alnımız açıq, üzümüz ağdır. Arxivlərlə bağlı erməni tərəfinə ortaq komissiyanın yaradılması təklifimiz hələ də aktualdır”.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri ABŞ-da rəsmi heyətlə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Muxalifet - 14-11-2019
Almaniyada əməliyyat – Miqrant alverində ittiham edilən azərbaycanlılar tutuldu
Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb.
“Report”un Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.
Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.
Muxalifet - 14-11-2019
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
İşğalçı ölkə savaşsız da çökə bilər; Paşinyan üçün “daşları yığmaq zamanı” yetişdi; erməni mediası: “Gənclər yenə də xoşbəxt həyat üçün xaricə qaçır...” Ermənistanın inqilabçı hökuməti “pripiska” siyasətinə keçib. Düşmən ölkədən gələn xəbərlərə görə, inqilab öncəsi verdiyi böyük vədləri boşa çıxan baş nazir Nikol Paşinyan buna adekvat olaraq, reytinq itkisi ilə üzləşib. Aparılan müstəqil sorğulara görə, Paşinyana etimad azalmaqda davam edir. Bu da təbiidir. Çünki son ilyarımda ölkənin makroiqtisadi göstəriciləri, əhalinin güzəranı yaxşılaşmayıb.
Muxalifet - 14-11-2019
ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladı
Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, senator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.
O, Ərdoğan və Trampla görüşdüyünü bildirib. Qeyd edib ki, Türkiyə ilə Suriyada qarşılaşdıqları problemlərdən danışıblar: "Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər".Muxalifet - 14-11-2019
İranda DƏHŞƏTLİ QƏZA: 28 ölü, 26 yaralı
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan-Xaş yolunda iki pikap avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, yerli vaxtla gecə saat 02:30 radələrində baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Yol qəzasında, həmçinin 26 nəfər yaralanıb. Təşkilat rəsmisi yol qəzasında həlak olan və yaralananların Əfqanıtan vətəndaşları olduğunu deyib.//trend
Muxalifet - 14-11-2019
PAŞİNYAN PARİSDƏN AZƏRBAYCANI HƏDƏLƏDİ: "Heç kəs bizimlə güc dilində danışa bilməz"
Erməni baş nazir Nikol Paşinyan İkinci Paris Sülh Konfransı çərçivəsində master-klass tematik müzakirədə iştirak edib. Muxalifet.az bu barədə "az.armradio.am" səhifəsinə istinadla xəbər verir. Baş nazirin iş heyətindən verilən məlumata görə, Baş nazir çıxışında Ermənistanın dörd sərhədindən ikisinin bağlandığını, digər ikisinin yarı bağlantı olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixini təqdim edən baş nazir qeyd etdi ki, bunun ilk səbəbi Stalin rejiminin Qarabağı yeni yaranmış Sovet Azərbaycanına təhvil vermək qərarı olub.
Muxalifet3 - 14-11-2019