Axtarış
The search found 105828 results in 0.027 seconds.
Search results
ABŞ hərbçilərini Suriyada saxlayacağını təsdiq etdi
Məlum olduğu kimi Vaşinqton Suriyada təxminən 500 və ya 600 ABŞ əsgərini saxlamaq niyyətində olduğunu bildirib. Bu sözləri Amerika Silahlı Qüvvələri Baş Qərargah Komitəsinin sədri general Mark Milli ABC kanalnda verdiyi müsahibəsində söyləyib. Suriyada 700-dən çox ABŞ əsgərinin qalacağının doğru olub - olmadığını soruşduqda, o belə cavab verib: "Mindən az olacaq. Təxminən 500-ə və ya 600-ə yaxın olacaq. Ancaq dəqiq sayını verə bilmərik". "İŞİD yaraqlıları hələ də bölgədədir. Bu qrupa təzyiq olmasa, yenidən bərpa olunmaları üçün şərait yaranacaq", deyə davam edib.
Muxalifet3 - 11-11-2019
Bəşər Əsəddən kimyəvi silah istifadəsi ittihamına AÇIQLAMA
Suriya prezidenti Bəşər Əsəd Suriyanın kimyəvi silah istifadə ittihamlarını bir daha əsassız adlandırıb. O, bu barədə bazar ertəsi RT kanalına verdiyi müsahibədə bəyan edib. Muxalifet.az bu barədə “TASS” xəbər agentliyinə istinadla xəbər verir. "Bu, yalnız bir ittiham idi. Suriya ordusu heç vaxt kimyəvi silah istifadə etməyib", jurnalistin 4 aprel 2017-ci ildə ölkənin bəzi bölgələrində kimyəvi silah istifadəsi ilə bağlı suala cavab olaraq deyib. Prezident qeyd etdi ki, Suriya ordusu kimyəvi silaha sahib olsaydı belə, onlardan istifadə etmək məntiqsiz olardı.
Muxalifet3 - 11-11-2019
DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Gəncə şəhərində valyutadəyişmə məntəqəsinin işçisinin bıçaqlanaraq öldürülməsi barədə birgə məlumat yayıb.
Məlumatda deyilir:
"Noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.Muxalifet - 11-11-2019
Alman Bundestaqından BƏYANAT: "Rusiyaya qarşı sanksiyalar fayda vermədi"
Rusiyaya qarşı sanksiyalar Avropaya heç bir fayda gətirmədi. Krımın Rusiyanın əlində qalması reallıqdır, deyə Almaniya bundestaqının deputatı Anton Frizen bəyan edib.Rusiyaya Krımdakı situasiya ilə əlaqədar AB-nin tətbiq etdiyi sanksiyalar regionda statusun dəyişməsinə gətirib çıxarmayacaq, deyə “Almaniya üçün alternativ” fraksiyasının nümayəndəsi olan Frizen RİA Novostiyə müsahibəsində bildirib. Frizen hesab edir ki, anti Rusiya sanksiyaları məqsədinə çatmadı.
Muxalifet3 - 11-11-2019
Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir.
Muxalifet.az xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.Muxalifet - 11-11-2019
Biləsuvarda ağır yol qəzası olub - ÖLƏN VAR
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Nəsimi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Nəticədə avtomobildə olan sərnişin - 1956-ci il təvəllüdlü Səfərova Həqiqət Ağabala qızı ölüb.
Faktla bağlı araşdırma aparılır. //reportMuxalifet - 11-11-2019
Lavrovdan Qarabağ münaqişəsi ilə bağlı yeni AÇIQLAMA
"Bir daha qeyd edirəm ki, danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özü razılaşdırmalıdırlar. Bununla mübahisə etmək çətindir". Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Muxalifet - 11-11-2019
Beş gün dərs olmayacaq
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə az qalıb.
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.
Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.
Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir. / Oxu.Az
Muxalifet - 11-11-2019
"Həbib Nurməhəmmədovla bağlı zarafat etmirəm" - Ramil Şeydayev
Moskva "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev paytaxtın digər təmsilçisi "Spartak"da çıxış edən həmyerlisi Ayaz Quliyevlə görüşüb.
Muxalifet.az reportal.az-a istinadən xəbər verir ki, Ramil bir zamanlar Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarda çiyin-çiyinə oynadığı Ayazla fotosunu "Instagram"da paylaşıb. O, şəkli bu başlıqla yerləşdirib: "Bu oğlan Həbibdir. Nurməhəmmədovla bağlı zarafat etmirəm, amma indi, o boğulur".
Ayaz Quliyevi Rusiyada UFC döyüşçüsü Həbib Nurməhəmmədova bənzədirlərMuxalifet - 11-11-2019
Ərdoğanın yerinə onu hazırlayırlar – Gizli qüvvələrin PLANI
Türkiyədə AKP-nin içindən çıxmış Əli Babacan və Abdullah Gülün yeni partiya yaratmaq istiqamətində fəaliyyəti davam edir.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, son dövrlər Əli Babacanın xaricə səfərləri xüsusi diqqət çəkir.
Məlumatlara görə, o, Londonda müxtəlif görüşlər keçirir və bu görüşlər əsasən gizli şəkildə aparılır.Muxalifet - 11-11-2019
“Yüz dəfə deyilib-təmiz işləyin! Amma yüz milyonlarla oğurlayırlar!” - PUTİN MƏMURLARA QƏZƏBLƏNDİ
Rusiyada Şərq kosmodromunun tikintisi zamanı yol verilən irimiqyaslı korrupsiya və obyektin tikintisinin illərdir tamamlanmaması prezident Vladimir Putini qəzəbləndirib.
Virtualaz.org xəbər verir ki, Putin bu məsələ ilə bağlı keçirdiyi müşavirədə məmurları sərt tənqid edib.
“Yüz dəfə deyilib-təmiz işləyin! Böyük pullar ayrılır, layihə milli xarakter daşıyır. Yox! Yüz milyonlarla oğurlayırlar!”,-Putinin bu sözlərini Kremldə akreditə olunmuş jurnalist Dmitri Smirnov özünün Telegram-kanalında sitat gətirib.
Muxalifet - 11-11-2019
İcra başçısı 280 min rüşvətə görə tutulan işçisini azadlığa çıxardı
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin ötən il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvətlə həbs edilən Həbib adlı işçisi azadlığa çıxıb.
Muxalifet.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Adil Vəliyev şəxsi münasibətlərindən istifadə edərək məhkəmənin qərarı ilə Həbibi azadlığa çıxarda bilib.
Muxalifet - 11-11-2019
LAVROVUN ERMƏNİ SEVGİSİ YENƏ “FANTAN VURDU” - Erməniləri “göylərə qaldırdı”, amma Nijdeni yada salmadı
Hər zaman ermənipərəst mövqeyini gizlətməkdə çətinlik çəkən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11 tarixində Ermənistana səfər edib. Muxalifet.az “AzPolitika.info”-a istinadən xəbər verir ki, Lavrov rəsmi səfəri çərçivəsində İkinci Dünya Müharibəsilə bağlı təşkil olunmuş sərgiyə qatılıb və orada çıxış edib.
Muxalifet - 11-11-2019
Tramp və Ərdoğanın Ağ Evdə görüşü baş tutacaq
ABŞ prezidenti Donald Tramp, üzümüzə gələn çərşənbə günü noyabrın 13-də Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək, eyni gün Nümayəndələr Palatası Tramp-a qarşı impiçment istintaqında ilk ictimai dinləmələri keçirəcəkdir. Muxalifet.az bu barədə CNN kanalına istinadla xəbər verir. Tramp və Ərdoğan görüşdükdən sonra mətbuat konfransı keçirəcəklərini Ağ Ev Bazar günü açıqlamışdı. Türkiyənin Suriyaya «Sülh mənbəyi” hərəkatı çərçivəsində müdaxiləsi, Suriyadakı bəzi ABŞ qoşunlarının orada saxlanılması, impiçment və s. məsələlər müzakirəyə çıxarılacaq.
Muxalifet3 - 11-11-2019
“Vilayəti Bakıda həbs olunsun” - Argentina hökumətinin Azərbaycana SENSASİON müraciəti
İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, 14-15 noyabrda Bakıda dini liderlərin beynəlxalq səviyyəli görüşü olacaq. İranı təmsil edən Əli Əkbər Vilayəti (Alí Akbar Velayati) də Azərbaycanda keçirilən tədbirdə iştirak edəcək.
Musavat.com bildirir ki, Argentina hökuməti rəsmi qaydada Azərbaycana müraciət edib. Müraciətdə deyilir ki, Əli Əkbər Vilayətinin 1994-cü ildə Buenos Ayresdə AMIA yəhudi mərkəzinin partladılmasında əli var.
Muxalifet - 11-11-2019
Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jalüz-pərdə vurulmasına icazə verilirdi.
Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:
Muxalifet - 11-11-2019
Bakıda qız üstündə DƏHŞƏTLİ QƏTL: Ayaqlarını sındırdılar, başına daşla...
Bakının Binəqədi rayonu ərazisində avtomobilin yük yerindən kişi meyiti aşkarlanıb.
Muxaləfet.az oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumdur ki, noyabrın 9-da saat 08:00 radələrində Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb.
Patoloqlar tərəfindən bədənin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb.Muxalifet - 11-11-2019
Türkiyə İŞİD terrorçularını ABŞ VƏ AVROPAYA GÖNDƏRİR
Türkiyədə saxlanılan İŞİD terror təşkilatı üzvlərinin bu gündən vətəndaşı olduqları ölkələrə deportasiyasına başlanıb. Bu barədə bu gün Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmail Çataklı bildirib. İ. Çataklı sutka ərzində 3 terrorçunun ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb: "ABŞ-dan olan terrorçunun göndərilməsi üçün hüquqi prosedur başa çatıb. Ankara Almaniyadan olan terrorçuların deportasiyası üçün sənədləri hazırlayır. Gün ərzində Danimarkaya da bir terrorçu göndəriləcək. Bununla da gün ərzində 3 terrorçu deportasiya ediləcək”. İ.
Muxalifet - 11-11-2019
TÜKÜRPƏDƏN GÖRÜNTÜ: Kişinin üstünə benzin töküb diri-diri yandırdılar - 18+ VİDEO
Honkonqda etirazlar aprel ayında parlament tərəfindən təqdim olunan qanun layihəsindən sonra başlayıb.
Muxalifet.az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, söhbət cinayətdə şübhəli bilinənləri Honkonqdan Çinə təhvil verməyi nəzərdə tutan qanun layihəsindən gedir.
Bir müddət öncə bir etirazçı polis tərəfindən güllələndikdən sonra, indi də etirazçılar onlara müxalif olan honkonqlunu diri-diri yandırıblar.Muxalifet - 11-11-2019
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyişlər var" - Elmar Məmmədyarov
"Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla növbəti görüşümüzün dekabrın əvvəlində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilməsi planlaşdırılır".
Muxalifet.az xəbər verir ki, bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.Muxalifet - 11-11-2019