Axtarış
The search found 105857 results in 0.086 seconds.
Search results
Politoloq açıqladı: Rusiya və ABŞ arasında nüvə savaşı...
Rusiya və ABŞ arasında müharibə olarsa, öncə adi silahlar, daha sonra isə nüvə silahlarından istifadə ediləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Konstantiv Sivkov deyib
O bildirib ki, ABŞ diplomatik missiyasının Rusiyadan geri çağırılması qarşıdakı savaşın müjdəçisi ola bilər.
Sivkov istisna etməyib ki, ABŞ hərbi qüvvələrinin təlim bəhanəsi ilə Rusiya sərhədlərinə toplanması da savaşın göstəricisi sayıla bilər:
“Rusiya əks-hücuma keçməsi üçün zamanı olacaq”.
Muxalifet3 - 8-11-2018
Tramp Kaliforniyadakı dəhşətli gecədən yazdı
Hüquq-mühafizə orqanları, çevik qüvvələr Tauzand-Oks şəhərində, silahlı insidentin baş verdiyi ərazidədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sözügedən şəhərdə baş verən hücumla bağlı Tvitter hesabındakı paylaşımında qeyd edib.
O, ölənlərə Allahdan rəhmət diləyib, ailələrinə isə başsağlığı verib.
Qeyd edək ki, Kaliforniya ştatının Tauzand-Oks şəhərində bara edilən silahlı hücumda 13 nəfər öldürülüb.
Muxalifet3 - 8-11-2018
Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq
Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq. Muxalifet.az-ın məlumatına görə, pilot layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə 3 ölkədə - Azərbaycan, Əfqanıstan və Qırğızıstanda həyata keçirilir. Layihənin ümumi dəyəri 3 milyon dollar həcmindədir. Bu çərçivədə Böyükşor gölündə fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulub. Energetika Nazirliyinin Enerji Səmərəliliyi və Ekologiya şöbəsinin müdir müavini Ələsgər Həsənovun sözlərinə görə, Ekspertlər tərəfindən gölə baxış keçirilib və enerji mənbəyinin quraşdırılacağı ərazilər müəyyən edilib.
Muxalifet3 - 8-11-2018
Nazir açıqladı: Neftin qiyməti artacaq
ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq.
Muxalifet.az xəbər verir ki, bunu İranın Neft naziri Bijan Zəngənə deyib.
“Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik”, - deyə nazir vurğulayıb.
O bildirib ki, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq qiymətlərini süni şəkildə artmasına səbəb olub:
“Təəssüf ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq”.
Muxalifet3 - 8-11-2018
SON DƏQİQƏ: Bakıda bina yandı - Sakinlər təxliyə edildi
Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet3 - 8-11-2018
Mosulda partlayış: Ölənlər var
İraqın Mosul şəhərində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 3 insan ölüb.
Muxalifet.Az xəbər verir ki, bu barədə “Əl-Sumariyə” məlumat yayıb.
Partlayışın restoran yaxınlığında baş verdiyi deyilib.
Əlavə məlumat yoxdur.
Muxalifet3 - 8-11-2018
Nazir AÇIQLADI: Pensiyaları qaldıra bilmərik
Əgər bütün dövlət orqanlarını ləğv edib hamımız evimizə getsək belə, Gürcüstanda pensiyaların məbləğini 400 lariyə qaldıra bilmərik. Büdcə vəsaitimiz buna imkan vermir.
Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, bu fikri Gürcüstan Maliyyə nazirinin müavini Qeorqi Kakauridze ölkə müxalifətinin pensiyaların 400 lariyə qədər artırılması ilə bağlı seçkiöncəsi vədinə münasibət bildirərkən söyləyib.Muxalifet3 - 8-11-2018
Krım Rusiya torpağı kimi tanınmalıdır - Şröder
Krım gec və ya tez Rusiya torpağı olaraq tanınmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniyanın keçmiş baş naziri Gerhard Şröder deyib.
“Bu, günün birində qəbul edilməsi labüd olan həqiqətdir. Daha əvvəl Rusiyaya aid olan Krım Nikita Xruşşov dönəmində Ukrayna SSRİ-yə hədiyyə edilmişdi. Xruşşov sovet kommunizminin katolik kilsəsi kimi uzun illər mövcud olacağını düşündü. Çox şadıq ki, bu baş vermədi”, - deyə Şröder bildirib.
Muxalifet3 - 8-11-2018
"Azəriqaz"dan yenilik: Bundan sonra sayğaclar...
"Azəriqaz" İstehsalat Birliyi smart kart qaz kartlarının balansının onlayn artırılması sisteminin tətbiqinə başlayıb.
Muxalifet.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
Onun sözlətinə görə, hazırda smart kartların balansını kart-riderlər vasitəsilə onlayn qaydada artırmaq olur:Muxalifet3 - 8-11-2018
Azərbaycandan İndoneziyaya 50 min dollar yardım...
Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet3 - 8-11-2018
ABŞ-dan Krım və Donbasla bağlı həmlə
ABŞ Krımla əlaqədən və Donbasdakı vəziyyətdən dolayı Rusiyanın 3 fiziki şəxsinə və 9 şirkətinə sanksiya tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna nümayəndəsi Kurt Volker deyib.
O bildirib ki, bu, ABŞ-ın Krım və Donbasla bağlı sanksiyalar şəklində ilkin addımıdır.
Muxalifet3 - 8-11-2018
Bu, ABŞ-ın yeni demarşıdır - Klimov
ABŞ yeni sanksiyalarla Donbas və Luqanskdakı 11 noyabr seçkilərini pozmağa çalışır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Andrey Klimov deyib.
“Aydın məsələdir ki, Rusiyaya qarşı bu sanksiyalar mərhələsi ona görə seçildi ki, Donbas və Luqanskdakı 11 noyabr seçkiləri qaçırılmasın. Bununla da bəlli olur ki, bu, ABŞ-ın yeni demarşıdır, - deyə Klimov bildirib.Muxalifet3 - 8-11-2018
Dolların taleyi ilə bağlı önəmli qərar verildi
Bu gün ABŞ Federal Ehtiyatlar Sistemi (FES) faiz qərarını elan edib.
Muxalifet.az xəbər verir ki, gözlənildiyi kimi, FES faiz dərəcəsini 2,00-2,25-də aralığında saxlayıb. Bundan əlavə, iqtisadiyyatda mərhələli faiz artımlarını dəstəklədiyini bəyan edib.
Qeyd edək ki, bu il ərzində FES faiz dərəcəsini 3 dəfə artırıb.
Muxalifet3 - 8-11-2018
ABŞ-ın pilotsuz hava uçağı vuruldu
Taliban, Amerika Hava Qüvvələrinə məxsus MQ-9 Reaper tipli insansız hava uçağını Paktika əyalətində vuraraq salıb. Talibana yaxın mənbələr, vurulan silahlı hava uçağının görüntülərini təbliğatlarını apardıqları xəbər saytlarında dərc edib.
Sözügedən pilotsuz hava uçağının məlumat toplamaq üçün bölgədə uçuş apardığı bildirilərkən, görüntülərdə AGM-114 Hellfire raketləri də diqqət çəkir. Taliban mənbələrinin bölüşdüyü raketlərin partlamamış olduğu görünür.Muxalifet3 - 9-11-2018
Trampa çox pis xəbər!
ABŞ-da keçirilən Konqres ara seçkiləri nəticəsində Nümayəndələr Palatasında nəzarəti ələ keçirən Demokratların, prezident Donald Trampın xarici siyasəti ilə bağlı araşdırma başladacaqları qeyd olunub.
ABŞ-ın “Vaşinqton Post” qəzetində yer alan xəbərdə, Demokratların, xüsusilə Nümayəndələr Palatasının iki mühüm alt komitəsi olan Xarici İşlər Komitəsi və Milli Təhlükəsizlik Komitəsində üstünlük qazanması və bunun Trampın siyasətini mühakimə etmədə böyük rol oynayacağı qeyd edilib.Muxalifet3 - 9-11-2018
MHP sədrindən ABŞ-ın PKK liderlərinin başına qoyulan mükafat açıqlaması
MHP sədri Dövlət Bağçalı, ABŞ-ın PKK-lı sözdə lider terrorçuların başına mükafat qoyması ilə bağlı açıqlama verib.
ABŞ-ın bu gedişlə fərqli bir məqsəd güddüyünü, bunun yeni bir kəndirbaz oyunu olduğunu qeyd edən Bağçalı, "Məlumdur ki, üç terrorçunun ünvan və koordinatlarını ən yaxşı bilən ABŞ-dır. İstəsələr bu caniləri əlləri qoyduqları kimi taparlar" deyib.
“ABŞ-ın məqsədi başqadır, ssenari fərqlidir. Yeni bir kəndirbaz oyunu səhnədədir. PKK-nı döyməklə, YPG-ni aradan çıxaracaqlarını düşünürlər. Çox yaxşı bilirlər ki, PKK elə YPG-dir.
Muxalifet3 - 9-11-2018
Rusiyadan Türkiyə açıqlaması
Rus senator Konstantin Kosaçev, Türkiyə ilə Rusiyanın Suriya məsələsi ilə bağlı mövqelərinin fərqli olmasına baxmayaraq, iki ölkənin əməkdaşlıq əlaqələrini qorumağa çalışdıqlarını bildirib.
Muxalifet3 - 9-11-2018
ABŞ-da Qaşıqçı üçün imza kampaniyası!
Amerika Birləşmiş Ştatlarında, Səudiyyə Ərəbistanı səfirliyinin yerləşdiyi küçənin adının “Camal Qaşıqçı Yolu” olaraq dəyişdirilməsi üçün imza kampaniyası başlayıb.
ABŞ-da iki ayrı düşüncə təşkilatından iki akademik, Vaşinqtondakı Səudiyyə Ərəbistan səfirliyinin yerləşdiyi küçənin adının, "Camal Qaşıqçı Yolu" olaraq dəyişdirilməsi üçün imza kampaniyası başlayıb.Muxalifet3 - 9-11-2018
Ukrayna Qara dənizi ələ keçirir QƏTNAMƏ
Ukrayna Ali Radası “Bitişik bölgənin qanuni durumu” adlı qətnamə qəbul edib.
Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, 238 deputatın səs çoxluğu ilə qəbul edilən qətnaməyə görə, Ukraynanın Qara dənizdəki təsir sahəsi 2 dəfə artır.
Qətnamənin təfsilatına yer verilməyib.
Ali Radanın bu qərarı Rusiya rəsmi dairələrində birmənalı qarşılanmayıb.Muxalifet - 9-11-2018
Minbaşı Qurd və 28 şəhidin qatili öldürüldü
Türkiyədə Şırnakın Cudi dağında keçirilən hava dəstəkli əməliyyatda öldürülən 18 terrorçu arasında yer alan Rızgar Gever kod adlı terrorçu Müslüm Fırtınanın, 2012-ci ildə Bitlis Rayon Jandarm Komandiri mayor Ercan Qurd-ub və 28 şəhidin qatili olduğu ortaya çıxıb. Terrorçu Fırtına, sözdə botan meydançası 5-li icra üzvündən biri idi. Fırtınanın öldürüldüyü əməliyyatda 4 milyonluq qırmızı siyahıdakı Bədirxan Abo ilə Siirtdə 4 gənc qızın qatili PKK-lı terrorçu Səlim Demiroğlu da öldürülmüşdü. Məlumata görə, keçən ay Gabar dağında isə Səlcuq Kosa ilə Sərbəst Paksoy adlı 2 terrorçu öldürülmüşdü.
Muxalifet3 - 9-11-2018