Axtarış
The search found 105716 results in 0.007 seconds.
Search results
İŞİD-in tərkibində döyüşən azərbaycanlıya HÖKM OXUNDU
İŞİD-in tərkibində döyüşmüş azərbaycanlı Rusiyada həbs olunub.
ng72.ru saytının verdiyi məlumata görə, Rusiya vətəndaşı olan Altun Məmmədov 3 il müddətinə azadlıq məhrum edilib.
İstintaq müəyyən edib ki, Tümen sakini olan A. Məmmədov terrorçular tərəfindən ələ alınıb və 2013-cü ildə Türkiyəyə gedib.
Türkiyədə Suriya ərazisinə keçərək İŞİD-ə qoşulan A. Məmmədov terrorçuların bazasında əsirlərin mühafizəsi və digər işlərlə məşğul olub, hökumət qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak edib.Muxalifet - 14-09-2016
"Ali məktəbə qəbul prosesində ciddi dəyişikliklər nəzərdə tutulur" - Nazir
Mikayıl Cabbarov: “Dövlət Strategiyasında qəbul planının ləğvi nəzərdə tutulur”
“Kreditlər üçün müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər”
Azərbaycanda yeni təhsil ilinin başlanması ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarov APA İnformasiya Agentliyinə müsahibəsi.
- Cənab nazir, ali məktəblərə qəbulun statistikasına görə ötən 3 ildə təhsilin nəticələrinin getdikcə yaxşılaşdığını söyləyə bilərik. Bu, təhsildə, nəhayət ki, müsbət keyfiyyət dəyişikliyinə keçidin başlanğıcdırmı?
Muxalifet - 15-09-2016
Həbsdəki jurnalist prezidentə müraciət etdi – “MƏN GÜNAHSIZAM…”
Fikrət Fərəməzoğlu:”Heç bir cinayət əməli törətməmişəm, həbsim tamamilə sifarişlidir”
Muxalifet - 15-09-2016
AKİF ÇOVDAROV GÜLLƏKEÇİRMƏZ ŞÜŞƏ QƏFƏSƏ SALINACAQ
Həbsdəki generalın məhkəmə yerinin dəyişdirilməsinin şok səbəbləri
Muxalifet - 16-09-2016
On günün gəlini müəmmalı şəkildə öldü – ZƏRDABDA
Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib.
APA xəbər verir ki, hadisə sentyabrın 15-də axşam saatlarında baş verib.
Ağsu rayonundan 10 gündür ki Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib.Muxalifet - 16-09-2016
Fəxri Xiyabanın qarşısında intihara cəhd - ÖZÜNÜ YANDIRMAQ İSTƏDİ
Bakıda intihara cəhd olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Fəxri Xiyabanın qarşısında qeydə alınıb.
1989-cu il təvəllüdlü Fərid Həsrət oğlu Məmmədov üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.
Hadisə yerində olan polis əməkdaşlarının səyi nəticəsində intiharın qarşısı alınıb.
F. Məmmədov ayaq nahiyəsindən yüngül yanıq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 16-09-2016
““Gürcü Arzusu” bu seçki ilə öz nüfuzunu göstərmək niyyətindədir”
Əli Babayev: “Sakaaşvili tərəfdarları və müəyyən qüvvələr istəmirlər ki, Gürcüstanda demokratik seçki keçirilsin”
“Soydaşlarımız seçkidə nə qədər aktiv olarlarsa, o qədər də layiqli namizəd seçə bilərik”
“Saakaşvilinin hakimiyyətə qayıtmasını o adamlar istəyir ki, onun iqtidarı dönəmində həmin insanlar öz soydaşlarımızın hüquqlarını tapdalayırdı, insanlara zülm edirdi”
Muxalifet - 16-09-2016
YERİN ALTINI DA, ÜSTÜNÜ DƏ BİLƏN İNSAN!
Və yaxud Abel Məhərrəmovun Tağı Əhmədovla dostluğunun bilinməyən tərəfləri
Bakı Metropoliteninin keçmiş sədri “sağa-sola payladığı” milyonları hansı yollarla əldə edib?
Muxalifet - 16-09-2016
AZƏRBAYCANDA HAKİMDƏN BİABIRÇI QƏRAR...
Nəsimi rayon məhkəməsinin hakimi iddiaçının adını yazmağı KİV-lərə qadağan edib
Qərar: “İddiaçı ilə bağlı istənilən ictimai şəkildə məlumatın yayılması qadağan edilsin”
Hüquqşünas rəyi: “Bu ya savadsızlıqdır, ya da sifariş yerinə yetirməkdir”
Muxalifet - 16-09-2016
Yaddaşın nə qısa imiş, ay Zəlimxan...
Mən səninlə bir daha polemikaya girməzdim, lakin “Borçalı” Cəmiyyətində sədr olarkən müavinin işləmiş 13-cü kanalın aparıcısı Rüfət Muradlıya verdiyin müsahibəndə işlətdiyin bəzi sərsəm fikirlər məni lap şoka saldı: “özünü təsisçi kimi təqdim edən Şərif Kərimli...”
Artıq 60 yaşı haqlamışıq. Kim bu vaxta qədər nə edib, edib. Bu yaşdan sonra yalan danışmaq, məkrli niyyətlərin qurbanı olmaq, yüngüllük edib oturuşuna-duruşuna fikir verməmək bizə yaraşmaz! Çünki artıq onları düzəltməyə, yalanları yumağa, ola bilsin, əcəl macal verməsin.Muxalifet - 16-09-2016
Milli Şuranın mitinqində saxlanılanlar olub
Sentyabrın 17-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.Muxalifet - 17-09-2016
Həbsxanada övladı yoxa çıxan qadına 20 il cəza verildi
“Bakı Taxıl Terminalı” MMC-nin direktoru Qalib Bağırovun qətli üzrə məhkəmə prosesi yekunlaşıb. Söhbət Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyaya gətirdiyi övladının yoxa çıxdığını deyən Mahnurə Hüseynova və onunla birlikdə mühakimə olunan Ehtiram Həsənov və Mübariz Əliyevin məhkəməsindən gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qalib Bağırovun qətlində, evindən quldurluq etməkdə, həmçinin dələduzluqda təqsirləndirilən üç nəfərin hər biri 20 il azadlıqdan məhrum edilib.
“İŞ TAPA BİLSƏYDİ…”
Muxalifet - 17-09-2016
Brent neftin qiyməti 45 dollara düşdü
Neft, qlobal istehsalın yenidən artacağı, tələbin isə azalacağının gözlənilməsi ilə ucuzlaşır.
“Marja” xəbər verir ki, Brent nefti 45 dollar səviyyələrinə düşüb.
Bakı vaxtı ilə saat15:25-də Brent nefti 1,7% ucuzlaşma islə 45,79 dollardan, ABŞ xam nefti isə 1,6% ucuzlaşma ilə 43,27 dollardan alıcı tapıb.
Hasilatları daxili problemlər ucbatından fasiləyə məruz qalan OPEC üzvləri Liviya və Nigeriya, bir neçə həftə içində hasilatlarını yenidən artırmağa hazırlaşırlar.Muxalifet - 17-09-2016
Gəncədə divar uçqunu – ÖLƏN VƏ YARALANAN VAR
Gəncədə bədbəxt hadisə baş verib.
Səhərin “Vtoroy çast” deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.
Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Muxalifet - 17-09-2016
“Mitinqdə jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb” – MİLLİ ŞURA
Mətbuat Şurası Milli Şuranın sentyabr ayının 17-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.
Muxalifet - 17-09-2016
Medvedevin 3 Kreml və 30 Qızıl Meydan boyda bağ evi
Aleksey Navalny-nın korrupsiya ilə mübarizə fondu Rusiya baş naziri “Dmitriy Medvedev-in gizli bağı” haqqında araşdırma hazırlayıb.
Navalny-nın “nəhəng ölçülü iqamətgah” adlandırdığı bu bağ Plyos şəhərciyi yaxınlığında yerləşir. Onun ümumi sahəsi 80 hektardır.3 Kreml və 30 Qızıl Meydan boyda?
Muxalifet - 17-09-2016
Dərman bazarında acınacaqlı durum hökm sürür – ARAŞDIRMA
Ekspert: “Preparat satışına qadağa qoymaqla narkomaniyaya qarşı mübarizə aparmaq biabırçılıqdır”
Dərdinin dərmanı üçün xəstələr diyar-diyar gəzməyə məhkumdur
Muxalifet - 17-09-2016
ABŞ Əsədin ordusunu bombaladı, 70-ə yaxın əsgər öldü
ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada ilk dəfə Bəşər Əsədin ordusunun mövqelərinə birbaşa hava zərbələri endirib. Nəticədə, Suriya ordusu ciddi tələfat verib. Virtualaz.org xəbər verir ki, hava zərbələri barədə əvvəlcə rəsmi SANA agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, sentyabrın 17-nə keçən gecə ABŞ aviasiyası Suriya ordusunun Deyr-əz-Zor əyalətindəki Əl-Tarda dağlarında yerləşən mövqelərinə zərbələr endirib. Nəticədə Suriya ordusu itki verib. Rəsmi Dəməşq bu hücumu “Suriya ordusuna qarşı açıq təcavüz və ABŞ-ın İŞİD-ə dəstəyinin sübutu” kimi qiymətləndirib.
Muxalifet - 17-09-2016
ABŞ Krımda Duma seçkisini qanuni saymadı
ABŞ Dövlət Departamenti Rusiya tərəfindən ilhaq edilmiş Krımda keçiriləcək Duma seçkisinin nəticələrini legitim hesab etməyəcək.
Bu barədə bəyanatı Dövlət Departamentinin sözçüsü John Kirby verib.
“ABŞ Rusiya tərəfindən işğal edilmiş Krımın ərazisində 18 sentyabra planlaşdırılan Rusiya Duması seçkisini qanunsuz hesab edir və onun nəticələrini tanımayacaq”- deyilir Dövlət Departamentinin internet saytında.
Bəyanatda bir daha xatırladılır ki, Rusiya işğal etdiyi ərazini Ukraynaya qaytaranadək Moskvaya qarşı iqtisadi sanksiyalar qüvvədə qalacaq.Muxalifet - 17-09-2016
Rusiyada parlament seçkiləri keçirilir
Bu gün Rusiyada parlament və yerli hakimiyyət orqanlarına seçkiləri keçirilir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 7-ci çağırış Dövlət Dumasına seçkilərlə əlaqədar yerli vaxtla saat 08.00-da Moskva regionunda 7 mindən çox seçki məntəqəsi açılıb.
Moskva ilə bərabər saat 08.00-da Mərkəzi federal dairələrdə də seçki məntəqələri açılıb. Seçki prosesi yerli vaxtla saat 20.00-da başa çatacaq.Muxalifet - 18-09-2016