Azərbaycanda 2,5 milyonluq broyler şirkəti ləğv olundu

Baxış sayı:
6166

“Səba” ASC-nin təsisçi olduğu broyler şirkəti ləğv olundu.
 
Məlumata görə, “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olunub.
 
Şirkətin kreditorları iki ay ərzində tələblərini “Səba” ASC-nin inzibati binasının yerləşdiyi Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, ev 1 ünvanına bildirə bilərlər.
 
Qeyd edək ki, MMC 05.04.2011 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əliyev Yusif Mahmud oğludur. Şirkətin nizamnamə kapitalı 2,5 mln manat, hüquqi ünvanı Şabran şəhəri, Dəmir yolunun alt tərəfidir.
 
Qeyd edək ki, “Səba” ASC-nin Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmova məxus olduğu haqda informasiyalar var.