Azərbaycanda ata azyaşlı övladına işgəncə verib - VİDEO
26-08-2018 11:50
Baxış sayı:
3637

Sosial şəbəkələrdə 3-4 yaşlı qız uşağının vəhşicəsinə döyüldüyü anın videosu yayılıb.
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, videonu paylaşanlar uşağı döyən şəxsin onun atası olduğunu güman edir.
Amma bu vəhşiliyi törədən şəxsin kimliyi hələlik dəqiqləşdirilməyib.
Sosial şəbəkələrdə sürətlə yayılan sözügedən kadrlar qısa zamanda minlərlə insanın kəskin reaksiyasına səbəb olub. İnsanlar uşağı döyən şəxsin dərhal tapılaraq hüquq mühafizə orqanlarına təhvil verilməsini istəyir.