Azərbaycanda müstəqil medianın üzünə reklam bazarını kim və nə üçün qapadıb... - MƏTBUAT ŞURASININ SƏDRİ NİYƏ BU HAQDA DANIŞMIR? / VİDEO

“Azərbaycanda mətbuatın müstəqilliyi üçün iqtisadi təminatı vacib şərtdir”.
Muxalifet.az xəbər verir ki, Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov belə deyib.
Mətbuat Şurasının sədri bildirib ki, hazırda mətbuatda reklam bazarı aşağı səviyyədədir: “Bəzən deyirlər ki, Azərbaycan mətbuatında qeyri-peşəkar jurnalistlər var. Əsla belə deyil. Azərbaycan mətbuatında əsas problem reklam bazarının olmamasıdır. Hesab edirəm ki, bu məsələnin təminatı üçün addımlar atılmalıdır. Bu addımlar subsidiyalar və digər bu kimi vasitələr ola bilər”.
"Kanal 13" internet televiziyası isə hesab edir ki, Azərbaycan mətbuatında reklam bazarı yaxşı durumdadır: "Reklam bazarı aşağı səviyyədə, daha doğrusu yox səviyyəsində olan azad mətbuatdır".
"Kanal 13" hesab edir ki, azad mətbuata reklam verilməsinin qarşısını alan şəxsin kimliyi Əflatun Amaşova bəlli olsa da, o, bu haqda açıqlama verməkdə maraqlı deyil: "Prezident Administrasiyasından göndərilən siyashıda olan media qurumlarından başqa yerlərə reklam verməyi qadağan edən, bunu öz vəzifə səlahiyyətləri ilə məhdudlaşdıran İctimai Siyasi Şöbənin müdiri Əli Həsənov az olan reklam bazarını müstəqil medianın üzünə tamamən qapadıb".