Azərbaycanda siqaretə tətbiq edilən vergi 3 dəfə artırıldı – QİYMƏTLƏR QALXACAQ?
12-06-2018 16:47
Baxış sayı:
5395

Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.
Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.
Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.
Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub/Report.