​Azərbaycanlı nazirin pulları həbsdə qaldı

Baxış sayı:
8776

Kiyevin Şevçenko rayon məhkəməsi Ukrayna Dövlət Fiksal Xidmətinin sabiq rəhbəri Roman Nəsirovun bankdan müsadirə edilmiş 50 min dollar nağd puluna qoyulmuş həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.
Muxalifet.az-ın məlumatına görə, dünən Nəsirovun işi üzrə növbəti iclas keçirilib. İclas zamanı Nəsirovun vəkilləri üzərinə həbs qoyulmuş məbləğlə bağlı vəsatət qaldırıb.
"Məhkəmə vəsatəti rədd edib”, - prokurorluqdan bildirilib.
Xatırladaq ki, avqustun ortalarında məhkəmə Nəsirovun daha iki ay müddətində elektron qolbağ taxması barədə qərar verib.