​Bakıda bir avtomobilin digərinə yol vermədi, qəza oldu - FOTO

Baxış sayı:
2650

Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər 08:45 radələrinə Mehdi Hüseynzadə parkının yaxınlığında qeydə alınıb. Qəza Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə dönən "Hyundai" markalı 90-PU-669 dövlət qeydiyyat nişanlı avtomoilin Tblisi prospektindən gələn "Toyota" markalı 90-TR-701 dövlət qeydiyyat nişanlı maşını gözləməməsi səbəbindən yaranıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.