​Bakıda əcnəbilərə bayramı sovqatı paylandı

Baxış sayı:
1555

Dövlət Miqrasiya Xidməti (DMX) Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi açıb.
DMX-dən Axar.az-a verilən məlumata görə, mərasim iştirakçılarına mənəvi birlik və həmrəylik rəmzi sayılan müqəddəs Qurban bayramı münasibətilə təbriklər çatdırılıb. Bildirilib ki, yüksək əhval-ruhiyyə ilə qeyd edilən bu bayram cəmiyyətimizdə saflıq və xeyirxahlıq hisslərini aşılayır.
İnsanların fədakarlığını daha da gücləndirən, hər bir bəşər övladına mərhəmət təlqin edən bu əziz bayram münasibətilə, həmçinin ölkəmizdə qaçqın statusu almış şəxslərlə DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsində görüş keçirilib. Onlara bayram sovqatları hədiyyə edilib.