Bakıda cərimə meydançasında 50 MAŞIN YANDI - Yanğın davam edir - FOTOLAR

Baxış sayı:
2902

Bakıda yanğın başlayıb. Hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. Yanğın hələ də davam edir.

***

Yanğın hələ də davam edir. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Çoxu istifadəyə yararsızdır.

***

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb./qafqazinfo/