BAKIDA DƏHŞƏT: Ata və 3 yaşlı oğlu maşının altında qaldı

Baxış sayı:
3541

Bakıda ata və 3 yaşlı oğlunu maşın vurub.
Open.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Şıxlinski küçəsində yerləşən "Ovçu" restoranın qarşısında baş verib. Hikmət Məhərrəmovun idarə etdiyi "VAZ-21099" markal 10 CF 028 dövlət nömrə nişanlı avtomobillə yol keçən, 1979-cu il təvəllüdlü Anar Hüseynovu və onun oğlu, 2015-ci il təvəlüdlü Ayaz Hüseynzadəni vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.