Bakıda evdə 80 yaşlı kişinin MEYİTİ TAPILDI
12-06-2018 12:48
Baxış sayı:
4567

Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və 1938-ci il təvəllüdlü Rüstəmov Elxan İldırım oğlunun meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.