Bakıda keçmiş məhkum bıçaqlandı - ƏVVƏLLƏR MƏHKUM OLUNAN ŞƏXS TƏRƏFİNDƏN
21-12-2019 10:14
Baxış sayı:
2653

Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb. “Report”un xəbərinə görə, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Yusifov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.İmaməliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.