​Bakıda köhnə liftlərin hamısı yenilənəcək

Baxış sayı:
3496

Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra Hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xıdmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub.
Azvision.az -ın məlumatına görə, müşavirədə bildirilib ki, olkə başçısının paytaxtın lift təsərüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqlarınin icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər artıq fevral-mart aylarında reallaşacaqdır. 
Qeyd olunub ki, bu işlər Şəhər İcra Hakimiyyətinin nəzarətində saxlanılır.