Bakıda mühüm anlaşma memorandumu imzalandı

Baxış sayı:
3508
İyulun 28-də Sumqayıt Kimya Sənaye Parkı MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, SOCAR Polimer MMC ilə polimer istehlakçısı olan müəssisələr arasında anlaşma memorandumu imzalanıb.
Muxalifet.az xəbər verir ki, imzalanma "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.
Qeyd edək ki, ümumilikdə indiyədək 18 müəssisə ilə polimer məhsullarının istehsalı üzrə əməkdaşlığa dair razılaşmalar imzalanıb.