​Bakıda qaynını çəkiclə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Baxış sayı:
9724

Bakıda qayınını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noybarın 29-a təyin edilib.
Qeyd edək ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi qətlə yetirib. Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.
Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.