​Bakıda sex, Bərdədə ev yandı

Baxış sayı:
4162

Paytaxtda sex, Bərdədə 6 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda tikilinin (yığma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış taxta materialları 10 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 180 m² tikilidə 6 otağın yanar konstruksiyaları, taxta konstruksiyalardan ibarət artırmalar və ev əşyaları 140 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.