​Bakıda tozun miqdarı normadan 6 dəfə yuxarıdır - Nazirlik

Baxış sayı:
1975

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarında saat 19:00-da artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 6 dəfə yuxarı olduğu qeydə alınıb.