Bakıda yəhudi adı altında gizlənən ermənilər yaşayır? - ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistandan olan jurnalistlərin Azərbaycana, Azərbaycandan olan jurnalistlərin Ermənistana və Dağlıq Qarabağa qarşılıqlı səfərləri təşkil olunub. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycana səfər edən erməni jurnalistlərdən biri - Ermənistandakı "Şant" telekanalanın aparıcısı və eyni zamanda da siyasi şərhçi olan Artyom Yerkanyan yerli mətbuata maraqlı açıqlma verib. Yerkanyanın deyib ki, Azərbaycan paytaxtına səfəri zamanı orada bir etnik erməni ilə görüşüb. Artyom Yerkanyan deyib ki, Bakıdakı görüşlərdən birində özünü yəhudi kimi təqdim edən bir şəxslə söhbət zamanı etiraf etdi ki, ermənidir. Məlumat üçün bildirək ki, Artyom Yerkanyan həmin şəxsin adını və hansı şəraitdə görüşdükləri barədə məlumat verməyib.