Balkanlarda hərəkətlilik: Böyük Albaniya qurulurmu?

Kosovo-Albaniya Birgə Nazirlər Kabinetinin İclasında çıxış edən Albaniyanın baş naziri Edi Ram, iki ölkə Xarici İşlər Nazirliklərinin 2025-ci ilədək Albanların birləşməsi məqsədilə birgə strategiya hazırlaması üçün Kosovo baş naziri Haradinaja müraciət edib.
Kosovanın baş naziri Ramuş Haradinaj, Albaniyanın baş naziri Edi Rama ilə keçirdiyi mətbuat konfransında iki ölkənin birgə nazirlər kabineti toplantısının uğurla başa çatdığını vurğulayıb.
Ortaq bazar iqtisadiyyatı üçün doğru yolda olduqlarını deyən baş nazir Haradinaj, "İclas çərçivəsində, 9 müqavilə və protokola imza atdıq. Bugünkü toplantı, bundan sonra necə gedəcəyimizlə bağlı analitik-informasiya xarakteri daşıdı. Ümumi bir bazar iqtisadiyyatı üçün doğru yolda olduğumuza inanıram" deyib.
"SONSUZA QƏDƏR GÖZLƏYƏ BİLMƏRİK"
Baş nazir Rama isə, səmərəli bir görüş olduğun bildirərək, "iki ölkə Nazirlər Kabinetinin iclasları çərçivəsində bugünkü toplantı konkret nəticələri olan bir görüş idi Çünki, başladığımız proseslərin tətbiqi mərhələsinə yaxınlaşmışıq. Artıq iki ölkə arasında bütün baryerlər qalxacaq. Gömrük məntəqələrində bir tərəfin kimliyi kifayət edəcək. Kosovo, yanvar ayı etibarilə Durs şəhərinə tranzit keçid hüququna malik olacaq" deyib.
Rama, görüş zamanı etdiyi çıxışında, iki ölkə Xarici İşlər Nazirliklərinin, 2025-ci ilə qədər Albanların birləşməsi üçün ümumi strategiyanın hazırlanması üçün Kosovo baş naziri Haradinaja müraciət edib.
Albaniyanın Aİ-yə qəbul edilməsini sonsuza qədər gözləməyəcəyini qeyd edən Rama, Kosovanın da viza sərbəstliyinin verilməsini gözləməkdən yorulduğunu vurğulayıb.
Beynəlxalq hüququn yarı dövlət, ya da yarı insan vəziyyətlərini tanımadığına diqqət çəkən baş nazir Rama, "Kosovanın müstəqilliyi və vətəndaşlarının sərbəst hərəkəti məsələsinə AB-nin göstərdiyi münasibətdə görə xəyal qırıqlığına uğradıq" sözlərini dilə gətirib.
Müxalifət.az