Baş nazirdən Suruç açıqlaması: Siyasi səbəbi varsa...
14-06-2018 22:42
Baxış sayı:
10330

Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib. “Ümid edirəm ki, bu olay adi cinayətdir və siyasi səbəbi yoxdur. Əgər siyasi səbəbi olarsa, təbii ki, nəticələri də fərqli olar. Bu bayram günlərini millətimizin əmin-amanlıq içərisində keçirməsini istəyirəm. Gözəl günləri kədərli günə çevirməyimizə haqqımız yoxdur”, - deyə baş nazir bildirib. Xatırladaq ki, Suruçda baş verən qanlı davada 3 AKP-çi öldürülüb, 9-u isə yaralanıb.