Baş Prokurorluğun və Rabitə Nazirliyinin maşınları hərraca çıxarıldı
25-08-2018 14:32
Baxış sayı:
4948

Azərbaycanda bir sıra dövlət qurumları balanslarında olan bəzi nəqliyyat vasitələrini hərrac yolu ilə satışa çıxarır.
Trend-in məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sentyabrın 25-də keçiriləcək hərracda Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluq balanslarında olan bir sıra nəqliyyat vasitələrini ucuz qiymətlə hərraca çıxaracaq.
Hərraca çıxarılan maşınlar: QAZ-31029 (buraxılış ili-1995), start qiyməti 800 manat; dörd KamAZ-5111 (buraxılış ili-1989), hərəsinin start qiyməti 3500 manat; QAZ 31105-100 (buraxılış ili-2008), start qiyməti 2000 manat; VAZ-21213 (buraxılış ili-2003), start qiyməti 1300 manat.