Baş prokurorluqdan 2 Səudiyyəli üçün yaxalama qərarı – QAŞIQÇI CİNAYƏTİ

İstanbul Baş Prokurorluğu Camal Qaşıqçı cinayətilə əlaqədar olaraq Əhməd Asiri və Səud Əl Kahtanı haqqında yaxalama qərarı tələb edib.
“Reuters” xəbər agentliyinin 2 yüksək səviyyəli Türk rəsmisinə əsaslandırdığı xəbərə görə, İstanbul Baş Prokurorluğu Əhməd Asiri və Səud Əl Kahtanı haqqında yaxalama qərarı tələb edib.
İki Səudiyyə Ərəbistanı vətəndaşının Camal Qaşıqçı cinayətinin planını tərtib etdiyi istiqamətində güclü şübhə olduğu bildirilib.
Beynəlxalq agentliyə açıqlama verən yüksək səviyyəli nümayəndələrə görə, bu həmlə Asiri və Kahtanı haqqında Ər-Riyaddan addım atılmayacağına inandığını göstərir.
Adının açıqlanmasını istəməyən Türk rəsmisi hadisə ilə bağlı bütün şübhəlilərin Türkiyəyə ekstradisiya edildiyi təqdirdə, beynəlxalq ictimaiyyətin narahatlıqlarının aradan qaldırılacağını vurğulayıb.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı 2 oktyabr tarixində Səudiyyə Ərəbistanından gələn bir sui-qəsd qrupu tərəfindən baş konsulluq binasında öldürülmüşdü.
Müxalifət.az