"BAŞ VERƏNLƏRƏ GÖRƏ UTANIRIQ" - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi

Muxalifet.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib: “Dünya Myanmardakı acı reallıqlara göz yuma bilməz. Arakanlı müsəlmanların etnik təmizlənməyə məruz qaldığı həqiqəti deyilməli, onların səsi eşidilməlidir. Myanmar ordusunun arakanlı müsəlmanlara qarşı elədikləri insanı şoka salır. Arakanlıların hekayələri inanılmazdır”.
Heyli bu sözləri BMT Təhlükəsizlik Şurasının Myanmara həsr edilmiş iclasında söyləyib:“Myanmar asayiş qüvvələrinin öz əməllərinə görə cavab verməsini təmin eləməyə çalışdıq. Lakin bundan çox işlər görülməlidir. Myanmar hökuməti bu böhrana görə məsuliyyət daşıyanların ortaya çıxarılması öhdəliklərini yerinə yetirənə qədər, ölkədə azlıqların hüquqları qoyunmayacaq. Ruandadan, Srebrenitstadan sonra, BMT TŞ-nin bizdən əvvəlki üzvlərinin elədiklərinə görə hələ də utanırıq. İndi hərəkətə keçməsək, Myanmar məsələsində də geridə qalacağıq”.