Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15-12-2018 20:33
Baxış sayı:
2956

1,5 milyon lirə mükafat qoyulan İŞİD üzvü Ayşənur İnci Türkiyənin Şırnak vilayətində saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Şırnak valiliyi məlumat yayıb.
İŞİD tərəfində silahlı fəaliyyət göstərmək üçün Suriyaya gedən Ayşənur İncinin bu gün İraq-Türkiyə sərhədində yerləşən Habur gömrük məntəqəsinə gedərək təslim olduğu bildirilib.