Baxtadzenin Bakı səfəri başa çatdı
30-08-2018 21:01
Baxış sayı:
2317

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin Azərbaycan Respublikasına səfəri avqustun 30-da başa çatıb.
Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.