​BDU RƏSMİSİ DANIŞDI: "İtkin düşən tələbə iki gündür dərsə gəlmir" - YENİLƏNİB

Baxış sayı:
3244

Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb.
Open.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1985-cü il təvəllüdlü Gülmira Əbilova Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda müvəqqəti yaşayan, dayısı qızı, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovanın noyabrın 22-də saat 08:00 radələrində oxuduğu Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, A. Məmmədova BDU-nun Jurnalistika fakültəsinin 3 kurs tələbəsidir.

***

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi A. Məmmədovanın itkin düşməsi xəbərinə münasibət bildirib.
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Open.az-a açıqlamasında bildirib ki, həmin tələbə son iki gündə heç bir dərsdə iştirak etməyib və onun harada olmasından məlumatsızdırlar.
Məsələ ilə bağlı araşdırma aparılır.