Bekhemlər ailəsi Elton Cona qonaq oldular - VİDEO - FOTO
29-08-2018 15:00
Baxış sayı:
859

Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem ailəsi ilə birlikdə Elton Cona qonaq olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 43 yaşlı Devid Bekhem və xanımı Viktoriya dörd övladları ilə birlikdə Fransanın Kann şəhərinə, Fransız Rivyerasında Elton Conun villasına yollanıblar.
Elton Conun villası İl Sen-Marqarit adasındadır.
72 yaşlı Elton Con ev sahibi kimi qonaqlarını nahara dəvət edib.