Berluskoninin tualetində intihar
30-07-2018 18:02
Baxış sayı:
1969

İtaliyanın keçmiş baş naziri Silvia Berluskoninin iqamətgahı Palazzo Graziolinin tualetində 25 yaşındakı bir əsgər intihar edib.
İtalyan mətbuatında yer alan xəbərlərə görə, Enriko Də Mattia adlı əsgər şənbə günü “Təhlükəsiz Küçələr” əməliyyatına qoşulduqdan sonra bəylik tapançasını istifadə edərək intihar etdiyi bildirilib.
25 yaşlı İtaliyalı əsgərin intiharı, İtalyan ordusundan edilən açıqlama ilə təsdiqlənib.
İtaliya mətbuatındakı xəbərlərə görə, Də Mattia son 6 ayda general Paolo Raudinonun komandanlıq etdiyi briqadada intihar edən üçüncü əsgərdir. Xəbərdə, ordu personalının iş şəraitləri və komandirlərdən gördükləri psixoloji təzyiq səbəbi ilə şikayətçi olduqları bildirilib.
Müxalifət.az