Bir ailədən 3 uşaq dəm qazından zəhərləndi - BAKIDA
21-12-2019 10:17
Baxış sayı:
2345

Bakının Sabunçu rayonunda 3 azyaşlı dəm qazından zəhərlənib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Bünyadzadə 26 ünvanında baş verib. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında qaz sobasından sızan dəm qazı nəticəsində yatan 3 uşaq zəhərlənib. Onlar valideynləri tərəfindən təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb Qazdan zəhərlənən 2011-ci il təvəllüdlü İsmayılzadə Məhəmməd Samir oğlu, 2015-ci il təvəllüdlü İsmayılzadə Hüseyn Samir oğlu və 2019-cu il təvəllüdlü İsmayılzadə Zəhra Samir qızı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri hazırda orta ağırdır.