Bəkir Bozdağ ABŞ prezidenti ilə vitse-prezidentinin cavabını verdi: “Türkiyəni başqa dövlətlərlə səhv salmayın”

“ABŞ iqtidarı aləmi kor, hamını axmaq saymaqdan vaz keçməlidir”
Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın keşiş Bransonun azadlığa buraxılmayacağı təqdirdə Türkiyəyə qarşı sanksiya təhdidinə Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyasının sədri Bəkir Bozdağ cavab verib.
Bozdağ deyib: “Türkiyə suveren və müstəqil bir ölkədir; eyni zamanda demokratik bir hüquq dövlətidir. Türkiyə məhkəməsi müstəqil və tərəfsizdir. Heç bir şəxs, məqam və yaxud da orqan Türkiyəyə də, türk məhkəməsinə də əmr və təlimat verə bilməz, tövsiyə və ya təzyiq göstərə bilməz”.
“Həddinizi aşırsınız”
Bozdağ deyib: “Türkiyədə çevriliş cəhdində olan, əli 251 şəhidin 2 193 qazinin qanına bulaşmış qatil, keşişbaşı, terrorçubaşı Fətullah Güləni himayə edəcəksiniz, sonra da Türkiyədə bir çox cinayətlərdə əli olan keşişi bəhanə edib Türkiyəni təhdid edəcəksiniz? Bu, həddini aşmaqdır. ABŞ-da bəzi rəhbər şəxslərin bu həqiqətləri görməyib Türkiyəni təhdid eləməsi, öz həddini bilməməkdən irəli gəlir. Türk millətini başqa millətlərlə, türk dövlətini başqa dövlətlərlə qarışdıranlar daim zərərə uğradılar”.
“Aləmi kor, hamını axmaq saymasınlar”
Bozdağ sözünə belə davam edib: “Bu çıxışlar onların türk milləti, Türkiyə dövləti və türk tarixi ilə bağlı cəhalətlərinin tutarlı göstəricisidir. Həddini bildirməyənlərə həddini tanıtmaqda, bilməyənlərə də öytərməkdə mahirik. TÜRKİYƏYƏ DÜŞMƏNÇİLİK EDƏN BÜTÜN ÖLKƏLƏRİ, TERROR TƏŞKİLATLARINI, XAİNLƏRİ VƏ XƏYANƏT ŞƏBƏKƏLƏRİNİ AÇIQ-AŞKAR DƏSTƏKLƏYƏN ABŞ HÖKUMƏTİ Türkiyənin hər bir oyunu, hər bir tələni və hər bir kirli qurğunu daim pozduğunu, bundan sonra da pozmaq gücünə sahib olduğunu hələ öyrənməyibsə, dərsi təkrarlaya bilərik. Türkiyədə və Türkiyədən xaricdə Türkiyə əleyhinə terror fəaliyyəti göstərən FETÖ, PKK, PYD və YPG daxil olmaqla bütün terror təşkilatlarına dəstək verib, sonra da dostluqdan, strateji ortaqlıqdan, müttəfiqlikdən və əməkdaşlıqdan bəhs eləmək İKİÜZLÜLÜKDƏN başqa bir şey deyil. ABŞ hökuməti aləmi kor, hamını axmaq saymaqdan vaz keçməli, öz korluğunu görməli və öz sərsəmliyini də anlamalıdır. Çünki Türkiyə ilə ABŞ-ın dostluğu, müttəfiqliyi və strateji ortaqlığı iki ölkənin də xeyrinədir”. (Hurriyyet.org)