BMT batır: ABŞ, İran, Səudiyyə borclarını ödəmir
28-07-2018 18:11
Baxış sayı:
3451

ABŞ və daha 80 ölkənin BMT büdcəsinə üzvlük haqlarını ödəməməsi ucbatından, beynəlxalq təşkilat çətin vəziyyətə düşüb.
Axar.az xəbər verir ki, bu barədə məlumat BMT-nin rəsmi saytında yer alıb. Borclular arasında xüsusilə Belarus, Misir, İran, Tacikistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin olduğu bildirilib. Ümumilikdə borcluların BMT-yə 810 milyon dollar ödəməli olduğu vurğulanıb. BMT həmçinin üzvlük haqlarını tam şəkildə yalnız 112 ölkənin ödədiyini bildirib.