BMT-dən İdlib açıqlaması: TÜRKİYƏYƏ ZAMAN TANIYIN

Baxış sayı:
2254

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Steffan də Mistura, İdlibdə böyük bir fırtınanın yaxınlaşmaqda olduğu xəbərdarlığını edib. Mistura yanaşan qarşıdurmanın, İdlibin, hətta Suriyanın sərhədlərini aşa biləcəyinə diqqət çəkib.
 
Mistura, BMT-nin proqnozlarına görə, İdlibdə təxminən 10 min Əl Nusra və Əl-Qaidə terrorçularının olduğunu xatırladıb. Mistura kimyəvi silah istifadəsinin qarşısının alınmasının həyati əhəmiyyətdə olduğunu da qeyd edib.
Mistura həm Əsəd rejiminin, həm də Əl Nusranın əlində xlor qazı olduğunu bildirib. Vətəndaşların İdlibi tərk etməsi üçün humanitar dəhliz açılması çağırışı edib.
Mistura, Türkiyə, Rusiya və İrana İdlibdə böyük bir hərbi münaqişənin qarşısını almaq üçün daha çox vaxt verilməsi lazım olduğunu söyləyib.
Eyni dəqiqələrdə Kremldən də İdlib açıqlaması verilib. Kreml "terrorçu yuvası" kimi qiymətləndirdiyi İdlibdə hərəkətə keçilməməsinin riskli olacağını ifadə edib.
Müxalifət.az