BMT İsrailin HÜQUQ TANIMAZLIĞINI TƏSDİQ ETDİ

Türkiyənin Avropa üzrə naziri Çelik, BMT TŞ-da veto edilən Fələstin layihəsinin BMT Baş Məclisində qəbul edilməsinə dair, "BMT Baş Məclisi İsrailin hüquq tanımazlığını təsdiq etdi" deyib.
Avropa Birliyi (Aİ) üzrə nazir və baş müzakirəçi Ömər Çelik, Twitter hesabından verdiyi açıqlamada, BMT Baş Assambleyasının Fələstin qərarına münasibət bildirib:
“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında veto edilən Fələstin layihəsi, BMT Baş Məclisində qəbul edilib. BMT Baş Məclisi İsrailin hüquq tanımazlığını təsdiq edib və Fələstin xalqı üçün qoruma tələb edən qətnaməni qəbul edib. ABŞ-ın, qərarda Həmasın pislənməsini istədiyi dəyişiklik təklifi isə rədd edilib. Bu, Fələstin işinin bütün dünyanın davası olduğunu vurğulayan tarixi bir qərardır”.
Qeyd edək ki, BMT Baş Məclisində keçirilmiş sessiyada, ABŞ tərəfindən BMT TŞ-da veto edilən, Fələstin xalqı üçün qorumaq istəyən layihə yenidən müzakirə və səsverməyə təqdim olunub.
Qətnamə layihəsi 120 səslə BMT Baş Məclisində qəbul edilib. Qərarın əleyhinə 8 ölkə səs verib, 45 ölkə isə bitərəf qalıb. Qərara qarşı çıxan ölkələr arasında ABŞ, İsrail, Avstraliya, Marşal Adaları, Nauru, Toqo, Solomon Adaları və Mikronezya Federasiyasının dövlətləri yer alıb.
Müxalifət.az