Borc pulla qurban kəsmək olarmı? - İlahiyyatçının cavabı və vacib şərtlər

Baxış sayı:
8167

Bayram yaxınlaşdıqca qurbanlıq heyvanların alınması ilə bağlı bir sıra məsələlər meydana çıxır. Qurbanlıq heyvan hansı pulla alınmalıdır və əməl olunması vacib olan qaydalar hansılardır?

Muxalifet.az bildirir ki, ilahiyyətçi Əkrəm Həsənov xeberle.com-a açıqlamasında bildirdi ki, qurbanlıq alınarkən ən vacib şərt ona verilən pulun halal qazanc olmasıdır: "Borca pul götürüb, qurbanlıq heyvan almağın da öz şərtləri var.Bəzi insanlar isə qurbanlıq heyvan almaq ucun hansısa məqsədlə banklardan götürdükləri kredit pulundan müəyyən məbləğ ayırır və yaxud da bu məqsədlə kredit kartlarından pul çəkirlər".

Əkrəm Həsənov həmçinin qeyd etdi ki, qurbanlıq kəsilən heyvanın ətinin ayrı -ayrı çəkiynən satılması da, bu ətdən qurbanlıq adına alınması da doğru deyil: "Həmçinin tək heyvan almağa imkanı olmayanlar, 7 nəfərlə pulu bir yerə qoyaraq qurbanlıq heyvan ala bilərlər. Bu halda alınan heyvan mütləq iribuynuzlu olmalıdır. İstənilən halda əgər imkan varsa bayramda qurban kəsilməsi və ətin kasıblara təmənnasız paylanılması yaxşı haldır.

Lakin bunu hər bir müsəlman İslam dininin buyurduğu şərtlərə uyğun yerinə yetirməlidir."