Böyük xaos! MİNLƏRLƏ PEŞMƏRGƏ KÜÇƏLƏRƏ TÖKÜLDÜ

Baxış sayı:
8131

İraq seçkilərində verdikləri səslərin ləğv edilməsindən sonra Peşmərgə qüvvələri etiraz üçün küçəyə tökülüb. Süleymaniyyədə İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı minlərlə Peşmərgə, "Bu xəyanəti unutmayacağıq" yazılı plakatlarla böyük bir yürüş keçirib.
 
İraqda 12 mayda keçirilən parlament seçkilərindən sonra heç cür təzyiq səngimir. Bağdaddakı mərkəzi parlamentin Peşmərgə səslərinin ləğv edilməsi istiqamətindəki qərarından sonra, Süleymaniyyədə minlərlə Peşmərgə küçəyə tökülüb.
Bərzaniyə yaxınlığı ilə tanınan “Rüdaw” xəbər agentliyinin xəbərinə görə, səsləri ləğv edilən Peşmərgələr və İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Daxili İşlər Nazirliyinə bağlı təhlükəsizlik qüvvələri, İraq parlamentinin qərarını rədd etdiklərini ifadə etmək üçün küçələrə çıxıb.
Minlərlə Peşmərgə "Qərarı verənləri pisləyirik", "Bu xəyanəti unutmayacağıq", "6 iyun xəyanətini lənətləyirik" və "Bu planın arxasında olanları pisləyirik" yazılı plakat qaldırıb.
Müxalifət.az