Britaniya "İŞİD balalarını" niyə qəbul eləmir?

“The Observer” Böyük Britaniyanın “İŞİD”ə bağlı olduğu bildirilən uşaqlara yanaşmasından yazır. Nəşrin yazdığına görə ölkənin DİN naziri Priti Patel və onun sələfi Sajid Javid nə vaxtsa bu uşaqların xilas planının qarşısını alıb.
Rəsmilər repatriasiyaya qarşıdır
Birminqem məhkəməsi ötən həftə qadağanı nisbətən qaldırıb. Bir qrup yetim uşzaq Britaniyaya qaytarılıb. Bundan öncə isə britaniyalı diplomat həmin uşaqları birmüddət saxlamış kürdrəsmiləri ilə görüşə gedibmiş. Uşaqların bir ailəyə məxsus olduğu bildirilir. Valideyinləri onları 2015-ci ildə Suriyaya aparıb, özləri sonradan həlak olublar. Həmin şəxslərin İŞİD-lə əlaqəli olduğu deyilir.
“Bu repatriasiya yalnız başlanğıc olmalıdır, son deyil, britaniyalı uşaqların hamısını qaytarmaqdan ötrü daha böyük əməliyyat gerçəkləşməlidir. Onların Suriyanın şimal-şərqində əldəqayırma həbsxana düşərgələrində yaşadığı dəhşətli vəziyəti ancaq təsəvvür etmək olar. Risk ondan ibarətdir ki, onlar orada daha çox qalarlarsa , radikallaşa bilərlər. Daha açıq desək, intiharçı jileti geyinmiş, Britaniyada həyatı dağıdan cihadçılardan söhbət getmir. Xaricə aparılan günahsız uşaqlardan danışırıq”, - qəzet yazır.
Patel və hökumətin digər üzvləri isə daha artıq uşağın repatriasiyasına qarşı çıxırlar. DİN əməkdaşları keçən həftə bildiriblər ki, yaxın gələcəkdə ölkəyə uşaq buraxılmayacaq və onların ardından ailələr, yaxud xeyriyyə qurumları tərəfindən veriləcək müraciətlərə bir-bir baxılacaq.
Britaniyanın öhdəlikləri
Qəzet isə Britaniyanın hüquqi öhdəliklərini yada salır, 1991-ci ildə ratifikasiya etdiyi uşaq hüquqlaına dair BMT konvensiyasına uğun olaraq hökumətin müəyyən öhdəliklər götürdüyünü vurğulayır. Həmin konvensiyada hər bir uşağın “etnik, cinsi, dini mənsubiyyətindən asılı olmayaraq, həyat, sağ qalmaq, inkişaf hüququ” nəzərdə tutulub, ailə tarixçəsinin buraya dəxli yoxdur.
Hazırda Suriyadakı düşərgələrdə İŞİD-ə qoşulduğu bildirilən 850 britaniyalı kişi və qadın saxlanılır. Nəşr həmin şəxslərlə də məşğul olmağın vacibliyini bildirir. Əks halda, bu məsələnin gələcəkdə daha böyük “təhlükəsizlik problemləri” yaradacağını vurgulayır.
Türkiyə bu yaxınlarda nəzarətində olan İŞİD-çiləri repatriasiya etməyə başlayıb. Azərbaycana da 29 İŞİD üzvünün qaytarılacağı bildirilirdi.
Muxalifet.az