Britaniyada kral ailəsinə qoyulan qadağalar - Siyahı

Böyük Britaniyada kral ailəsinin xanım üzvlərinin əməl etməli olduqları bir sıra qaydalar var.
Muxalifet.az həmin qaydalardan bəzilərini təqdim edir:
1. Kral ailəsinin qadınları parıltılı, qırmızı və tünd rəngli dodaq boyalarından istifadə edə bilməzlər. Onlar hər zaman mümkün qədər sadə makyajda olmalı, taxma kirpiklərdən istifadə etməməlidirlər. Çox tünd makyaj zövqsüzlük nümunəsi hesab edilir.
2. Kral ailəsinin xanımlarının dırnaqları qısa olmalıdır. Şahzadələr tünd rəngli dırnaq boyalarından istifadə edə bilməzlər.
3. Saçları daim sadə, zərif, səliqəli olmalıdır. Kral soyuna mənsub xanımlar dağınıq və çirkli saçlarla gəzməməlidirlər.
4. Geyim qaydalarına görə, toylar və bayram şənlikləri də daxil olmaqla, rəsmi mərasimlərdə xanımlar başlarına şlyapa qoymalıdır. Tac isə yalnız rəsmi mərasimlərdə istifadə olunur. Ailənin subay xanımlarının tac taxmasına icazə verilmir.
5. Həddindən artıq açıq-saçıq geyimlərdən istifadə etmək qadağandır. Geyimlərin yaxası, qolları və kürəyi qapalı olmalıdır. Şahzadələr daim klassik üslubda və dəbli geyinməli, ətəklərinin maksimum qısalığı diz qapağının üzərində olmalıdır. Şahzadələr ayaqqabı alarkən ayaq barmaqlarının görünməməsinə xüsusi diqqət yetirməlidirlər. Bundan əlavə, ailə üzvləri səyahətə gedən zaman mütləq özləri ilə bir dəst qara paltar götürməlidirlər. Çünki səyahət zamanı ailə üzvlərindən birinin dünyasını dəyişmə ehtimalı var.
6. Şahzadələrin avtoqraf verməsi qəti qadağandır. Qaydalara görə, şahzadələr yalnız rəsmi sənədlərə imza ata bilərlər. Bu qadağanın qoyulmasında məqsəd başqalarının ailə üzvlərinin imzasını saxtalaşdırmasının qarşısını almaqdır.
7. Kral nəslinə mənsub şəxslər ofis şəraitində işləyə və sosial şəbəkələrdə şəxsi profil sahibi ola bilməzlər.
8. Kral ailəsinin cütlüklərinin ictimaiyyət arasında öpüşməsi, qucaqlaşması və əl-ələ tutması düzgün hesab edilmir.
9. Şahzadələr yalnız təbii səbəblərdən dolayı ölmüş heyvanların dərisindən hazırlanan kürkləri geyinə bilərlər. Amma son dövrlər ailənin bəzi xanımları bu qadağanı pozur.
10. Kral ailəsinin üzvləri parlamentə namizədliyini irəli sürə və səs verə bilməzlər. Onlar tərəfsiz olmalıdırlar.
11. Ailənin bütün üzvləri eyni anda səyahətə gedə bilməzlər. Bu qadağanın qoyulmasında əsas məqsəd təyyarə qəzası baş verərsə, kral soyunun davam etdirilməsidir.
12. Kral ailəsinin uşaqlarının üzərində foto və yazılar olan paltarlar geyinmələrinə icazə verilmir. Uşaqlar mümkün qədər sakit və tərbiyəli davranmalıdırlar. Onlar digər uşaqlar kimi dəcəllik edə bilməzlər.